b_550_325_16777215_00_images_xeber_sekilleri_05mart2018_xcvcxb.PNG

2018-ci ildə Azərbaycan yeni silahlar istehsal edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyət hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, 2018-ci ildə müxtəlif çaplı patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, yeni 12.7 mm-lik snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu, partul maşını, döyüş sursatları üçün partladıcılar, müxtəlif çaplı lülələr, artilleriya və tank topları üçün mərmilərin gövdə və gilizləri, avtomatik top istehsalı mümkün olacaq.

Hesabatda bildirilib ki, yaxın vaxtlarda 14.5 mm-lik snayper tüfənginin, 30 mm-lik qumbaraatan kompeksinin, hücum pulemyotunun, 7.62*39 mm və 5.56*45 mm avtomatların və 40 mm-lik lüləaltı qumbaraatanın müvafiq sınaqlardan keçirilib və yaxın vaxtlarda istehsalının mənimsənilməsi təmin ediləcək.

Ötən il güc sturukturları ilə bağlanmış müqavilələr əsasında 129.4 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası təmin olunub. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 30.2 dəfə, 2010-cu ilə nisbətən 2.6 dəfə və 2015-ci ilə nisbətən 11.1 faiz artıb. Müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatdırılıb.

2017-ci ildə Azərbaycan 10-dan çox ölkəyə döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirib. 2016-cı illə müqayisədə ixrac əməliyyatlarının həcmi 2.3 dəfə artıb.

19 Sentyabr 2018 İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib
18 Sentyabr 2018 Məharət Mustafayev harada gizlənir? – Gəncədə “torpaq satan” kimi tanınan sabiq rəisdən şikayət
17 Sentyabr 2018 Bakıdakı paradın pərdəarxası: Əliyev və Ərdoğan yeni Qarabağ taktikasını İŞƏ SALDI
13 Sentyabr 2018 Putin dünyanı lərzəyə salan əmri verdi: 300 minlik qoşun və minlərlə zirehli texnika...
12 Sentyabr 2018 Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqlara hazırdır
11 Sentyabr 2018 Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır - Dünyanı qorxuya salan DƏHŞƏT QAPIDA
10 Sentyabr 2018 Paşinyandan Azərbaycanı müharibəyə məcbur edəcək sözlər: "Azərbaycanın 7 rayonu..."
07 Sentyabr 2018 Türkiyədən ABŞ-ı ŞOKA SALACAQ ADDIM - Vaşinqtonu dəliyə döndərəcək fakt ÜZƏ ÇIXDI
05 Sentyabr 2018 Rusiya və Türkiyə Suriyanın bu şəhərində üz-üzə gələ bilər - Böyük savaşın astanasında
04 Sentyabr 2018 Paşinyanın 5 milyardlıq silah qorxusu - Putinin ona cavabı nə olacaq?
03 Sentyabr 2018 Ölkə məhv edilməli, 70 milyon insan öldürülməli idi – ABŞ-ın GİZLİ PLANLARI ORTAYA ÇIXDI
28 Avqust 2018 Rusiya az öncə ELAN ETDİ: 300 minlik əsgərlə...
20 Avqust 2018 Rusiyalı səfir: Qarabağla bağlı danışıqlarda irəliləyiş müşahidə olunur
17 Avqust 2018 Elmar Vəliyevin güllələnməsi ilə bağlı DİN, Baş Prokurorluq, DTX məlumat yaydı
16 Avqust 2018 Prezident 5 nəfərə general rütbəsi verdi - SİYAHI
15 Avqust 2018 Azərbaycan manatı 26 yaşında
13 Avqust 2018 Britaniya mətbuatı: Xəzər razılaşması enerji layihələrinə yol açır
10 Avqust 2018 ABŞ Türkiyəyə münasibətlərin düzəlməsi üçün şərtini açıqladı: Tək yol...
09 Avqust 2018 Tramp nə üçün Türkiyəyə müharibə ELAN ETDİ?
08 Avqust 2018 Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDI