b_550_325_16777215_00_images_xeber_sekilleri_26fevral2018_bfghgjhj.PNG

İlkin reaksiyalar Kremlin böyük yalanına inamsızlığı göstərir.

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin “Manej” sərgi zalında kompüter animasiyası formasında Rusiyanın ən müasir silahlarını təqdim edib. Putin həmçinin uçuş zamanı ballistik trayektoriyadan istifadə etməyən ən yeni raketlərin hazırlandığını bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin nüvə enerjisi ilə işləyə bilən raketlərinə deyəsən, heç öz ölkəsində də inanan yoxdur.

Kosmik siyasət institunun rəhbəri İvan Moiseyev belə raketlərin mövcud olmasının mümkün olmadığını ifadə edib.

“Mən Putinin bəyanatındakı sitatları oxudum. Burada deyəsən, anlaşılmazlıq var. Bu cür raketlərin qurulması mümkün deyil, üstəlik mənası da yoxdur. Yer üzündə belə mühərriklər mövcud deyil. Nüvə mühərriki ilə meqavat sinfində yalnız kosmik raketlər işləyə bilər. Özü də indi yox, yalnız 2027-ci ildə onun ilk sınaqları keçirilə bilər”, - ekspert “The İnsider” saytına söyləyib.

“İndi deyə bilərlər ki, bununla bağlı keçən il sınaqlar keçirilib. Bəs onillər boyu aparılan hazırlıqlar hardadır? Sovet İttifaqı bənzər işləri görməyə cəhd edib. Lakin hava vasitələrinə, məsələn təyyarələrə, qanadlı raketlərə nüvə mühərriki qoymaq ideyasından hələ keçən əsrin 50-ci illərində vaz keçilib”, - rusiyalı alim davam edib.

Ekspert Putinin “müəyyən edilə bilməyən uçuş trayektoriyasına malik raketlər”inə də istehza ilə yanaşıb: “İstənilən raketin trayektoriyası onsuz da qeyri-müəyyəndir. Komanda verirsən, raket kursunu dəyişir. Əgər raket mühərriksiz uçursa, onun uçuşunu təyin etmək olur. Mühərriklə uçan raketin trayektoriyası isə onu idarə edən adamdan asılıdır, vəssalam”.

Pentaqonda da Vlaidmir Putinin Federal Məclisdə göstərdiyi animasiyaya sakit yanşıblar.

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Dana Uayt nazirliyin Putinin nitqindən təəccüblənmədiyini söyləyib. O, ABŞ-ın Rusiya Federasiyasının istənilən yeni silah növünə qarşı hazırlıqlı olduğunu bildirib.

CNN telekanalı da ABŞ rəhbərliyinin Rusiyanın nüvə mühərrikli qanadlı raketlərə malik olması xəbərinə olduqca şübhə ilə yanaşdığını xəbər edib. CNN-ə danışan mənbələr bu cür qanadlı raketlərin Amerika hərbçiləri tərəfindən sınaqdan keçirildiyini, lakin hər dəfə müvəffəqiyyətsizliyə uğradığını dilə gətirib.

“Reuters” Qərbin bir yüksək rütbəli məmurunun dili ilə Putinin yeni “Sarmat” adlı qitələrarası raketlərin mövcudluğuna şübhə ilə yanaşıldığını yazıb.

“Bu, onda əsl raket-stels olardı. Mən bu barədə heç nə eşitməmişəm. Rusiya yüksək texnologiyalı silahlanma sahəsində bizə rəqib ola bilməz. Onların sanksiyalara görə bu cür müasir sistemlər əldə etməsi mümkünsüzdür. Putinin bəyanatı təbliğat məqsədi daşıyır”, - mənbə agentliyə bildirib.

Müdafiə üzrə nüfuzlu ekspertlərdən sayılan, “Teal Group” aerokosmik korporasiyasının nümayəndəsi Riçard Abulefiya Rusiya prezidentinin sözlərini “Potyomkin kəndi” adlı deyimə bənzədib.

Belə ki, rəvayətə görə, 1787-ci ildə knyaz Qriqori Potyomkin çariça II Yekaterinada müsbət təəssürat yaratmaq məqsədilə çariçanın Osmanlı imperiyasından ilhaq edilmiş Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirmiş və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışmışdı. Gözdən pərdə asmaq funksiyası daşıyan bu fırıldaqçılıq əməli tarixə "Potyomkin kəndi" adı ilə düşüb. "Potyomkin kəndləri" ifadəsi sonradan görüntü yaratmaq, görüntü yaratmaqla aldatmaq və fırıldaqçılıq anlamına çevrilib.

Musavat.com

 

22 İyun 2018 Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI
21 İyun 2018 Türkiyə xüsusi təyinatlılarının Qarabağa hücum etməsinə kim icazə verməyib?
20 İyun 2018 Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
18 İyun 2018 "Mehmetcik"dən böyük uğur: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
14 İyun 2018 Ermənilər təşvişdə: “Aprel döyüşlərindən bəri bunu müşahidə etmirdik”
06 İyun 2018 ABŞ Azərbaycana görə Qarabağda hərəkətə keçdi - SENSASİYALI İDDİA
25 May 2018 Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ planını dəstəkləyəcək
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
16 May 2018 Ermənistandakı "məxməri inqilab" Qarabağa sıçrayır - 20 illik "klan" devrilir - ŞOK DETALLAR
08 May 2018 "Azərbaycanda gün ərzində 10-15 dəfə zəlzələ olur" - Qurban Yetirmişli
01 May 2018 4 dövlətin və Azərbaycanın Qarabağ planı ortaya çıxdı: ərazilərin qaytarılması əvəzində...
26 Aprel 2018 Putinin Ermənistan qorxusu - Hadisələr nəzarətdən çıxa bilər
25 Aprel 2018 Prezident: "Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub"
23 Aprel 2018 Əli Həsənov struktur dəyişikliklərdən DANIŞDI
13 Aprel 2018 ABŞ və Rusiya RAZILAŞDI - Gizli toplantının DETALLARI
10 Aprel 2018 Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI
03 Aprel 2018 Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun üstü açıldı
02 Aprel 2018 Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma...
29 Mart 2018 ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini başlayacaq
26 Mart 2018 Ukrayna donanması Rusiyaya niyə təslim oldu? - SENSASİYALI İDDİA