cdddfdg.PNG

ABŞ-ın Ermənistandakı səfirliyi rəsmi İrəvana Rusiyadan silah almamaq barədə etdiyi xəbərdarlıq ölkənin hakim elitasını çıxılmaz vəziyyətdə qoyub. Xəbərdarlıqda, Ermənistana sanksiyaların tətbiq ediləcəyi xüsusi vurğulanıb.

Missiya.Az xəbər verir ki, Ermənistanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitunun eksperti Qevorq Melikyan erməni mətbuatına açıqlamasında həyəcan təbili çalıb.

O, bildirib ki, Rusiyadan silah alışının dayandırılması Ermənistanı çox pis vəziyyətdə qoyacaq: "Gərgin silahlanma münaqişələrdə ən ciddi komponentlərdən biridir. Rus-çeçen müharibəsi zamanı Rusiya tərəfi silahlanırdı. Amma çeçenlər silahsız idi. Silahsız döyüşmək mümkün deyil. 2016-cı ilin məlumatına görə, Rusiya Ermənistanı silahla təmin edən yeganə ölkədir. Əgər sanksiyalar tətbiq edilsə, Ermənistan yeganə güc mənbəyindən məhrum olacaq” .

b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_223706_src.jpg
Qevorq Melikyan - ekspert

Məlumdur ki, ABŞ-ın Rusiyadan silah alınmaması ilə bağlı sanksiyaları əksər dünya dövlətlərinə aiddir. Bu qaydaları pozanlar üçün sanksiyalar müəyyənləşdirilir. Azərbaycana da belə xəbərdarlığın gələcəyi ilə bağlı ehtimallar var. Erməni ekspert Azərbaycan və Rusiya arasında silah ticarətinin dayanması məsələsinə də toxunub. Ekspert Ermənistanla müqayisədə, Azərbaycanda vəziyyətin tamamilə fərqli olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan silahlarının 60-65%-ni Rusiyadan alır: “Azərbaycana silahların qalan hissəsini isə Ukrayna, Belarus, İsrail və Türkiyə satır. Əgər hər iki ölkəyə qadağa tətbiq edilsə, ən çox ziyan çəkən Ermənistan olacaq. Azərbaycanda silah alışı ilə bağlı problem olmayacaq. Həmçinin Ermənistan Rusiyadan silahları tam başqa şərtlərlə alır”.

 b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_ermenistandan-aprel-doyusleri-ile-bagli-aci-etiraf.jpg

Xatırladaq ki, Aprel döyüşləri zamanı Rusiyanın Azərbaycana silah satması Ermənistanda ciddi etirazlara səbəb olmuşdu. Ölkənin hakim elitası Rusiyaya müxtəlif yollarla təziq etməyə çalışırdı. Buna baxmayaraq, Rusiya Azərbaycana hələ də silah satır.

Əslində, Azərbaycan Ermənistanın düşdüyü çətin vəziyyətdən məharətlə istifadə edə bilər. Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində böyük ruh düşkünlüyü yaranıb. Ermənistan cəmiyyəti Aprel döyüşlərini müasir erməni gəncliyinin məğlubiyyəti kimi qəbul etdi. Belə bir məqamda Ermənistanda böyük iqtisadi çöküş yaşanır. Sosial-iqtisadi problemlər günü-gündən artır. Bununla bərabər Rusiyadan silah alışına qadağa gələ bilər. Ermənistan Rusiyadan aldığı silahların bir hissəsini Aprel döyüşlərində sıradan çıxarıb. Azərbaycan isə Rusiya ilə bərabər digər dövlətlərdən aldığı silahlarla ordusunu gücləndirməkdə davam edir. Ermənistana sanksiyaların tətbiq edilmə ehtimalı çox böyükdür. Elə indidən sanksiyalar tətbiq edildikdən sonra Ermənistan ordusundakı vəziyyəti təsəvvür etmək çətin deyil. Belə bir məqamda Ermənistanın üzərinə daha da təziqlər edib işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarmaq üçün tarixi şans yaranıb.

19 Sentyabr 2018 Saçyoldu olayı baş verən məktəbin direktoru istefa verdi
19 Sentyabr 2018 DİQQƏT! 2 marşrutun hərəkət sxemi dəyişdi
19 Sentyabr 2018 Bakıda bu metro 1 illik bağlanır - Təmir ediləcək
19 Sentyabr 2018 Niyazi Bayramov sakinlərlə görüşdü - Qurumlara tapşırıq verdi - FOTO
18 Sentyabr 2018 Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi şəxsdən AÇIQLAMA
18 Sentyabr 2018 Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18 Sentyabr 2018 Yeni icra başçısı vəzifəli şəxsi işdən çıxardı
18 Sentyabr 2018 Məktəbdəki saçyoduya direktordan aqressiv reaksiya: "Gedin..." - VİDEO
18 Sentyabr 2018 "Paşinyan təxribatçı xislətli küçə adamıdır" - Ramin Əhmədov
17 Sentyabr 2018 Zaur görün kimin adamıdır - O məşhur qadın kimdir? - VİDEO
17 Sentyabr 2018 DİQQƏT! Övladı məktəbə yeni başlayan valideynlər, BUNLARI ETMƏYİN
17 Sentyabr 2018 “Paşinyanın növbəti sarsaq açıqlaması İlham Əliyevin oğlu Heydər Əliyevlə bağlıdır” - Azər Qasımov
17 Sentyabr 2018 Aşurada baş yarıb qan tökməyə necə baxırsız? - Bakıda sorğu - VİDEO
17 Sentyabr 2018 Yeni dərs ili başladı - Bakıda hərəkət iflic oldu
17 Sentyabr 2018 WhatsApp-da çoxdan gözlənilən yenilik
16 Sentyabr 2018 Heydər Əliyev hərbi and içib - Həmin anlar - VİDEO
15 Sentyabr 2018 İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib
15 Sentyabr 2018 "Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev
15 Sentyabr 2018 Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
15 Sentyabr 2018 Arzu Əliyeva musiqi axşamında iştirak edib - FOTOLAR