b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_xdvcbvbcbng.PNG

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın terrorçulara verdiyi dəstəyə görə işlətdiyi “ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib” ifadəsi Ermənistanda əks-səda yaradıb. 

Missiya.Az xəbər verir ki, ölkənin ən nüfuzlu saytları və siyasətçiləri Ərdoğanın sözlərini geniş müzakirə edirlər. 

Onların gəldiyi ümumi nəticə isə Türkiyə prezidentinin Osmanlı İmperiyasının siyasətini yeritməsidir. Ermənistanın “1in.am” saytında dərc olunan məqalədə rəsmi İravanın açıq narahatlığı öz əksini tapıb. 

Yazıda Türkiyənin gələcəkdə Osmanlı İmperiyasının ərazilərini yenidən öz sərhədləri daxilinə alacağına işarə edilib. Erməniləri qorxudan isə indiki Ermənistan ərazisinin də bir hissəsinin əvvəllər Osmanlı İmperiyasının ərazisinə daxil olmasıdır. Məqalədə Ermənistanın ən pis ssenarilərə hazırlaşmalı olduğu vurğulanıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_---------------------------------------.jpg
Ermənistan Osmanlı İmperiyasını tərkibində

Həmçinin müəllif Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinə xüsusi diqqət yetirib. 

“Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlar Qarabağa sıçraya bilər. Ankaranın erməni məsələsində Bakı ilə əməkdaşlıq etməsi çox realdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İlham Əliyevlə görüşdən sonra verilən açıqlamaları vəziyyətin gərginləşəcəyindən xəbər verir. Rəsmi Bakı prezident seçkilərindən sonra İrəvanı müharibə ilə hədələyib intensiv danışıqlar tələb edəcək. İrəvan hələ Bakıdan səsləndirilən “Ermənistan və Azərbaycanda prezident seçkiləri keçirildikdən sonra intensiv danışıqlara start veriləcək” fikirinə reaksiya verməyib".

b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_------------------------.jpg
Azərbaycan və Türkiyə ordusunun keçirdiyi birgə təlimlər


Son dövrlər Ermənistan mətbuatında belə qorxu dolu məqalələrə tez-tez rast gəlmək olur. Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında prezident İlham Əliyevin "Biz tarixi torpaqlarımıza - İrəvana qayıtmalıyıq" deməsi erməniləri qorxuya salmışdı. Onlar İlham Əliyevin belə əminliklə danışmasının səbəbini Serj Sarkisyanın apardığı yarıtmaz siyasətdə və Azərbaycanın günü-gündən artan iqtisadi və siyasi nüfuzunda görmüşdülər.

Ümumilikdə regionda baş verən son proseslər Ermənistanın əleyhinədir. Çünki Azərbaycan, Rusiya, Türkiyə, İran və Gürcüstan arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edir. Amma Ermənistan bu inkişaf yolundan kənarda qalıb. Ölkədə hər gün baş verən aksiyalar isə daxildə də vəziyyətin yaxşı olmadığından xəbər verir. Azərbaycan və Türkiyə prezidentlərinin son bəyanatları isə İrəvanı əməlli-başlı qorxuya salıb. 

Elvin Məmməvov
Missiya.Az

19 İyul 2018 Azərbaycan üzən məzənnə rejiminə keçidə hazırlaşır – Dollar bahalaşacaqmı? – Ekspert rəyi
18 İyul 2018 İrəvan Ordumuzun sirlərini öyrənmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Qriqoryandan İNANILMAZ SÖZLƏR
17 İyul 2018 Putinin Trampa dediyi sözlər Vaşinqtonu qarışdırdı: "O, Putinin "cibindədir..." - QALMAQAL
16 İyul 2018 “Siz nüvə başlıqlarını gizlədirsiniz” – Sensasiyalı detallar ORTAYA ÇIXDI
12 İyul 2018 Trampın SSRİ-yə səfərində hansı planlar HAZIRLANDI? – Bu iddia hər şeyi YENİDƏN YAZACAQ
11 İyul 2018 Əli Həsənov: "Gəncədəki vəziyyət cəmiyyətin dövlət ətrafında daha sıx birləşməsini tələb edir"
29 İyun 2018 İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...
22 İyun 2018 Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI
20 İyun 2018 Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
18 İyun 2018 "Mehmetcik"dən böyük uğur: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
06 İyun 2018 ABŞ Azərbaycana görə Qarabağda hərəkətə keçdi - SENSASİYALI İDDİA
25 May 2018 Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ planını dəstəkləyəcək
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
16 May 2018 Ermənistandakı "məxməri inqilab" Qarabağa sıçrayır - 20 illik "klan" devrilir - ŞOK DETALLAR
08 May 2018 "Azərbaycanda gün ərzində 10-15 dəfə zəlzələ olur" - Qurban Yetirmişli
01 May 2018 4 dövlətin və Azərbaycanın Qarabağ planı ortaya çıxdı: ərazilərin qaytarılması əvəzində...
26 Aprel 2018 Putinin Ermənistan qorxusu - Hadisələr nəzarətdən çıxa bilər
25 Aprel 2018 Prezident: "Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub"
23 Aprel 2018 Əli Həsənov struktur dəyişikliklərdən DANIŞDI
13 Aprel 2018 ABŞ və Rusiya RAZILAŞDI - Gizli toplantının DETALLARI