b_550_325_16777215_00_images_xeber_sekilleri_24yanvar2018_xcfhghgjt.PNG

“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb.

Missiya.Az xəbər verir ki, 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər.

Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.

Dünyanın ən güclü ordusuna ABŞ sahibdir. Onluqda ABŞ-ı Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir izləyir.

Azərbaycan Silahlı Qüvvələri ümumilkdə 133 ölkənin adının yer aldığı “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopterin olduğu bildirilir. Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var.

Bildirilir ki, Azərbaycan ordusunun sayı 374,5 min nəfərdir, səfərbərlik zamanı isə 3,75 milyon nəfər hərbi xidmətə çağırıla bilər. Müdafiə büdcəsinin isə 3,185 milyard dollar olduğu qeyd edilib.

Reytinq cədvəli ilə burdan tanış ola bilərsiniz.

14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
13 Dekabr 2018 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ
12 Dekabr 2018 Avropanı üsyan dalğası bürüyür : İndi də “Qırmızı Jiletlilər” ortaya çıxdı
11 Dekabr 2018 “Qraparak” qəzeti: "Ermənistanda son seçkilərdə deputat olan nazirlər hökumətə qayıtmaq istəmirlər"
10 Dekabr 2018 Paşinyanı çətin günlər gözləyir: Qarabağda silahlı üsyan və Azərbaycanın hücumu - ŞƏRH
06 Dekabr 2018 Üçüncü devalvasiya nə vaxt ola bilər? - AÇIQLAMA
05 Dekabr 2018 Əli Həsənov: Məmurun ana dilini bilməməsi onun qəbahətidir
29 Noyabr 2018 ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
28 Noyabr 2018 "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"
27 Noyabr 2018 Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək
26 Noyabr 2018 Rusiyanın BÖYÜK PLANI: Bu ərazilər nəzarətə götürüləcək və... - ŞƏRH
22 Noyabr 2018 Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR
15 Noyabr 2018 Səfirlər tacirə çevriliblər - "XİN-də böyük qüsurlar var"
10 Noyabr 2018 "Yeni Müsavat"dan heç kəs hakimiyyətə gəlmək istəmir" - Rauf Arifoğlu
08 Noyabr 2018 Səfir Azər Xudiyev özü özünü təkzib edir – Dünən Tələt Əliyev bu gün Səbinə Həşimova
08 Noyabr 2018 Qaşıqçını "Pələng dəstəsi" öldürüb - Cinayətin ÜSTÜ AÇILDI
07 Noyabr 2018 Mətbuat Şurasının sədrindən təklif: “Onlayn mediayaya 1 milyon ayrılsın”
06 Noyabr 2018 ABŞ ordusu Qarabağa girir və İrana... - Vaşinqtonun SENSASİYALI PLANI ÜZƏ ÇIXDI
29 Oktyabr 2018 Saakaşvili soydaşlarımıza təşəkkür etdi - VİDEO
29 Oktyabr 2018 Almaniyada Merkel dövrü başa çatır: o, partiya sədrliyindən gedir