b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_zdfdsgfgg.PNG Yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Missiya.Az
publika.az-a istinadən xəbər verir ki, ötən ilin sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşünün planlaşdırıldığını açıqlamışdı. Lakin görüşün konkret vaxtı və yeri hələlik məlum deyil.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”.

Nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda heç bir məlumat yoxdur. Amma Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır.

Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, nazirlər qarşıdakı görüşdə münaqişə ilə bağlı güzəştəli razılaşmaya nail ola bilərlər.

Ermənistanı müdafiə edən rusiyalı politoloq Stanislav Tarasov deyir ki, nazirlər görüşməyə razıdırlarsa, deməli danışıqların predmeti var.

“Mümkündür ki, ortada yeni bir təklif, yaxud variant var. Bu, bizə məlum deyil. Lakin diqqətçəkən məqam Azərbaycan tərəfinin görüşə pozitiv yanaşmasıdır. Bu, görüşdə Ermənistanın hansısa məsələlərdə razılaşa biləcəyinə işarədir. Mümkündür ki, Azərbaycan Minsk qrupunun hansısa təklifi ilə razılaşa və diplomatik manevrlər edərək, rayonların qaytarılması, həmçinin Qarabağın statusu məsələsində istədiyinə nail ola bilər”, - deyə o bildirib.
22 İyun 2018 Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI
21 İyun 2018 Türkiyə xüsusi təyinatlılarının Qarabağa hücum etməsinə kim icazə verməyib?
20 İyun 2018 Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
18 İyun 2018 "Mehmetcik"dən böyük uğur: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
14 İyun 2018 Ermənilər təşvişdə: “Aprel döyüşlərindən bəri bunu müşahidə etmirdik”
06 İyun 2018 ABŞ Azərbaycana görə Qarabağda hərəkətə keçdi - SENSASİYALI İDDİA
25 May 2018 Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ planını dəstəkləyəcək
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
16 May 2018 Ermənistandakı "məxməri inqilab" Qarabağa sıçrayır - 20 illik "klan" devrilir - ŞOK DETALLAR
08 May 2018 "Azərbaycanda gün ərzində 10-15 dəfə zəlzələ olur" - Qurban Yetirmişli
01 May 2018 4 dövlətin və Azərbaycanın Qarabağ planı ortaya çıxdı: ərazilərin qaytarılması əvəzində...
26 Aprel 2018 Putinin Ermənistan qorxusu - Hadisələr nəzarətdən çıxa bilər
25 Aprel 2018 Prezident: "Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub"
23 Aprel 2018 Əli Həsənov struktur dəyişikliklərdən DANIŞDI
13 Aprel 2018 ABŞ və Rusiya RAZILAŞDI - Gizli toplantının DETALLARI
10 Aprel 2018 Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI
03 Aprel 2018 Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun üstü açıldı
02 Aprel 2018 Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma...
29 Mart 2018 ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini başlayacaq
26 Mart 2018 Ukrayna donanması Rusiyaya niyə təslim oldu? - SENSASİYALI İDDİA