b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_dfsghgghjhh.PNG

“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil”.

Missiya.Az publika.az-a istinadən xəbər verir ki, bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, “Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq.

“Birincisi, martda prezident seçkiləri keçiriləcək. İkincisi, yayda futbol üzrə dünya çempionatı olacaq. Rusiya maraqlıdır ki, hər şey mümkün qədər yaxşı keçsin, bu, onun üçün imic məsələsidir. Bundan başqa, onlar böyük miqdarda pul xərcləyiblər. Yəni, o vaxta qədər vəziyyət dəyişməyəcək. Həmçinin, qarşıda prezident Vladimir Putinin daha altı illik hakimiyyət dövrü var. Düşünürəm ki, Rusiyanın mövqeyi əsaslı şəkildə dəyişməyəcək”, - ekspert vurğulayıb.

Politoloq fikirlərini əsaslandırmaq üçün Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin fikirlərini xatırladıb. Karasin qeyd edib ki, Rusiya üçün yalnız Ukraynaya sərhədə nəzarət etməyə imkan verməmək deyil, həm də orada hansısa sülhməramlıların yerləşməsinə maneə olmaq əhəmiyyətlidir, çünki Rusiya Donbas sakinlərinin həyatı haqqında düşünür.

“Yəni, Rusiya dəqiq mövqe tutur və biz hamınız anlayırıq ki, söhbət Dnestryanı ərazi kimi münaqişənin dondurulmasından gedir. Vəziyyət Rusiyanın hərbi və iqtisadi planda Donbasın dəstəyinə pul xərcləməkdən imtina etməsinə qədər dəyişməyəcək”, - Poselskiy yekunlaşdırıb.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların işğalı altındadır. Kiyev işğal olunmuş ərazilərdə nizami Rusiya ordusunun olduğunu bildirsə də, Moskva bu iddianı qətiyyətlə rədd edir.

26 May 2018 Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs tutuldu
26 May 2018 Vladiqafqazda Cümhuriyyətin 100 illi qeyd olunub – Təntənəli mərasim
26 May 2018 Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi
25 May 2018 ŞAD XƏBƏR! Bakı-Sumqayıt yolunda tıxac azalacaq
25 May 2018 İstirahət günlərində leysan gözlənilir
25 May 2018 Sumqayıtda işçinin öldürdüyü müdir kimdir? – “Hacı, ürəkləri yandırdın…” - FOTO
25 May 2018 Azərbaycanda doğulmuş erməni Bakıya gəldi
25 May 2018 Nizami Rayonunda Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib
25 May 2018 Azərbaycanda iş adamı öldürüldü
25 May 2018 Xəzərdən tapılan meyitlərin kimliyi məlum oldu
24 May 2018 Əfv edilənlərin adları açıqlandı – Tam siyahı
24 May 2018 300 manatlıq da buraxılacaq? - Millət vəkili açıqladı...
24 May 2018 Prezident əfv imzaladı - Siyahıda 634 nəfər var
24 May 2018 İlham Əliyev yaşayış kompleksinin açılışında
24 May 2018 Zöhrə Abdullayeva: “Mənimçün həyat bitdi”
24 May 2018 Bakıda metrosunda olay: gənc oğlan özünü qatar xəttinə atdı
24 May 2018 Nazirlər Kabinetindən bu qurumla bağlı yeni qərar - Siyahı dəyişdirildi
23 May 2018 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi - Giriş pulsuzdur
23 May 2018 Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı - Bakıda dəhşətli hadisə
23 May 2018 “Televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər” – Jurnalistdən sərt çıxış