b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_thttttt.PNG
“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək”.

Missiya.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək.

“Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, - deyə o bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_markov-iceri.jpg

Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir: “Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla Sarkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”.

Rusiyalı politoloq Azərbaycanda seçkilərin sakit keçəcəyini düşünür.

“Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”, - deyə o bildirib.
20 Avqust 2018 Rusiyalı səfir: Qarabağla bağlı danışıqlarda irəliləyiş müşahidə olunur
17 Avqust 2018 Elmar Vəliyevin güllələnməsi ilə bağlı DİN, Baş Prokurorluq, DTX məlumat yaydı
16 Avqust 2018 Prezident 5 nəfərə general rütbəsi verdi - SİYAHI
15 Avqust 2018 Azərbaycan manatı 26 yaşında
13 Avqust 2018 Britaniya mətbuatı: Xəzər razılaşması enerji layihələrinə yol açır
10 Avqust 2018 ABŞ Türkiyəyə münasibətlərin düzəlməsi üçün şərtini açıqladı: Tək yol...
09 Avqust 2018 Tramp nə üçün Türkiyəyə müharibə ELAN ETDİ?
08 Avqust 2018 Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDI
07 Avqust 2018 Putin bağışlamadı: Ermənistanda “hibrid müharibəsi” başlayır
02 Avqust 2018 Kremldən İrəvana ağır zərbə - Silah çatdırılması dayandırıla bilər
16 İyul 2018 “Siz nüvə başlıqlarını gizlədirsiniz” – Sensasiyalı detallar ORTAYA ÇIXDI
11 İyul 2018 Əli Həsənov: "Gəncədəki vəziyyət cəmiyyətin dövlət ətrafında daha sıx birləşməsini tələb edir"
29 İyun 2018 İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...
22 İyun 2018 Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI
20 İyun 2018 Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
18 İyun 2018 "Mehmetcik"dən böyük uğur: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
06 İyun 2018 ABŞ Azərbaycana görə Qarabağda hərəkətə keçdi - SENSASİYALI İDDİA
25 May 2018 Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ planını dəstəkləyəcək
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
16 May 2018 Ermənistandakı "məxməri inqilab" Qarabağa sıçrayır - 20 illik "klan" devrilir - ŞOK DETALLAR