b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_sdgfghhg.jpg

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 67,69 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar artaraq 61,53 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,06 dollar və ya 0,09% azalaraq 69,86 dollar təşkil edib. Amma bu azalma ötən aylara nisbətən çox cüzidir. Çünki 2015-2016-cı illər ərzində Azərbaycan nefti kəskin ucuzlaşmışdı. Hətta 30-40 dollara qədər düşmüşdü. Bu eniş təkcə Azərbaycan nefti ilə bağlı deyildi. Dünyada super güclərin mövqelərinin toqquşması beynəlxaql aləmdə neftin qiymətinə kəskin təsir etmişdi. Hətta Rusiya, Venesuella və Səudiyyə Ərəbistanı kimi külli miqdarda neft ixrac edən ölkələrin büdcələrində böyük kəsirlər yaranmışdı. Amma hazırda “qara qızıl” bazarında vəziyyət müsbətə doğru dəyişir. 

Bəs bu bahalaşmanın səbəbi nədir və nə vaxta qədər davam edəcək? 

Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanov Missiya.Az-a açıqlamasında bildirib ki, “OPEK Plus” dediyimiz qrup dünya bazarında neft qiymətlərinin dəyişməsində böyük əhəmiyyətə malikdir: "Bu qrupa OPEK ölkələri ilə yanaşı Rusiya və ABŞ-da daxildir. Burada ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya dünyada 3 ən böyük istehsalçı hesab edilir. Səudiyyə Ərəbistanı və Rusiya birləşdi və neftin istehalında azaltmaya getdi. Bu azaltma təxminən 1 milyon bareldən çoxdur. Son dövrlər neftin qiymətinin qalxmasının səbəbi budur. Çünki dünya bazarında təxminən 2 milyon barel artıq neft var idi. Rusiya və Səudiyyə Ərəbistanının əməkdaşlığı və onların digər neft istehsalçılarına təziqi artıq neftin bazardan çıxarılmasına səbəb oldu. Bu səbəbdən neftin qiyməti yavaş-yavaş bahalaşmağa başladı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_maxresdefault.jpg
Elnur Sultanov - Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı 

Ekspertin sözlərinə görə, hazırda neftin qiymətinin sürətlə bahalaşmasını səbəbi isə tamamilə fərqlidir: “Neftin qiymətinin sürətlə qalxmasına səbəb ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, İranda baş verən hadisələr və Liviya ərazisində böyük neft kəmərinin partlamasıdır. Bu hadisələr Yaxın Şərqdə vəziyyəti gərginləşdirdi. Ona görə də neftin qiyməti anidən 70 dollara qədər qalxdı. Çünki qeyd edilən regionda dünya neft ehtiyatlarının 50 faizdən çoxu toplanıb. 

Elnur Sultanov neft qiymətlərinin artmasının uzunmüddətli olmayacağını bildirib: 
“İranda mitinqlərın dayandırıldığı bildirilir. Liviyadakı boru xətti bərpa edilir. Məlumdur ki, bu il Rusiyada seçkilər keçiriləcək. Həmçinin Səudiyyə Ərəbistanında yeni vəlihət təyin edilib. Ona görə əllərindən gələni edəcəklər ki, bu aylarda neftin qiyməti yüksək qalsın. Ümumilikdə, qısa vaxt ərzində neft qiymətinin artım sürəti yavaşlayacaq. Bu il üçün əsas proqnoz 60-70 dollar arasındadır. Qiymətlərin daha da qalxması ehtimalı çox azdır”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_57EDDBCE-EB67-40F4-8AB2-EF81E9F86A8E_cx0_cy5_cw0_w1023_r1_s.jpg

Ekspert “qara qızıl”ın qiymətinin yüksəlməsinin Azərbaycana külli miqdarda maliyyənin gəlməsinə səbəb olduğunu deyib: “Azərbaycanın 2018-ci ilə olan dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Qiymətlərin 1-2 dollar oynaması Azərbaycan üçün gündəlik 1 milyon dollar əlavə gəlir deməkdir. Neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətli hadisədir. Bu artım Azərbaycanda başladılan iqtisadi islahatların uğurla başa çatdırılmasına səbəb olacaq. Qiymətlər 100 dolların üzərində olanda, Azərbaycanın ortalama illik gəliri 15 milyard dollara yaxın idi. Ötən il neftdən gələn gəlirimiz təxminən 6 milyard dollar olub. Neftin qiyməti 60-70 dollar civarında olsa, bu, Azərbaycana illik 1-2 milyard dollar artıq maliyyə vəsaitinin gəlməsi deməkdir. Bu rəqəm Emənistan kimi dövlətlərin büdcəsində bərabərdir”.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Elvin Məmmədov
Missiya.Az

25 Aprel 2018 4 Xarici şirkət Azərbaycandakı nümayəndəliyini bağladı
25 Aprel 2018 Dörd böyük xarici şirkət Azərbaycandan getdi
25 Aprel 2018 Azərbaycan neftinin qiyməti 76 dolları keçib
24 Aprel 2018 Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
23 Aprel 2018 AMB-nin valyuta məzənnələri
20 Aprel 2018 Ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır
19 Aprel 2018 Ombudsman mənzil qiymətlərinin bahalığından danışıb
18 Aprel 2018 Azərbaycanda orta aylıq iş saatı nə qədərdir?
17 Aprel 2018 Azərbaycanda devalvasiya gözlənilir? - Palata rəhbərliyindən açıqlama
16 Aprel 2018 Ekspert dolların bahalaşmasından danışdı
13 Aprel 2018 Daha bir qonşu ölkədə dollar bahalaşdı
12 Aprel 2018 Dolların növbəti gün üçün olan məzənnəsi
11 Aprel 2018 Baş bankirdən manatla bağlı - Mühüm açıqlama
06 Aprel 2018 9.5 milyon dolları olan bu oteldə qala bilər
04 Aprel 2018 Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməli qoyulub
02 Aprel 2018 Vüqar Bayramov: "Dollara tələb artacaq"
02 Aprel 2018 Azərbaycanda uçot dərəcəsi endirilib - Mərkəzi Bank
30 Mart 2018 Azərbaycanda ən çox çəkilən siqaret BAHALAŞDI
29 Mart 2018 Bank kreditlərinin faiz dərəcələri aşağı salınır? - RƏSMİ AÇIQLAMA
27 Mart 2018 FED qərar verdi - Dolları yaxın günlərdə nə gözləyir?