b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_VHBJGHKJJ.jpg
“Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.

Missiya.Az “report”a istinadən xəbər verir ki,  bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

“Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”, - deyə, dövlət başçısı əlavə edib
08 Dekabr 2017 Trampın Qüds qərarının arxasından qumarxanalar sahibi çıxdı
07 Dekabr 2017 Novruz Məmmədovdan həbsdə olan İlqar Məmmədov barədə - VACİB AÇIQLAMA
06 Dekabr 2017 Rusiyanı diz çökdürəcək PLAN, intihar cəhdi və İNQİLAB...
05 Dekabr 2017 Azərbaycan 11, Ermənistan... - Beynəlxalq təşkilat 2017-ci ilin yekunlarını açıqladı
04 Dekabr 2017 Sarkisyan Azərbaycana nə üçün GƏLMİŞDİ? - 3 GİZLİ SƏBƏB ÜZƏ ÇIXDI
01 Dekabr 2017 Türkiyə Amerika təyyarələrini məhv edəcək - Britaniya Putinə XƏBƏRDARLIQ ETDİ
29 Noyabr 2017 Azərbaycan prezidenti: “Şərq Tərəfdaşlığı” sammiti yaxşı nəticələr verib”
27 Noyabr 2017 Sarkisyan dar ağacına doğru: Putinin hücum planı və İrəvanı məhvə aparan səbəblər
24 Noyabr 2017 "Reyder" Rusiyanı iflic edəcək: ABŞ-dan ÖLDÜRÜCÜ HƏMLƏ
23 Noyabr 2017 Sarkisyan Putini aldatdı: Kreml bu gün yeni Qarabağ planını Bakıya təqdim edir
22 Noyabr 2017 Ermənilər üçün BÖYÜK SÜRPRİZ - Lavrov İrəvana özü ilə nə aparıb?
21 Noyabr 2017 “Türkiyə hücum edərsə..” - Terror təşkilatının lideri Putinə yalvardı
20 Noyabr 2017 Putin iki gün sonra yeni Qarabağ planını təqdim edəcək – İrəvanın SON ŞANSI
17 Noyabr 2017 Qarabağda “ikinci cəbhə”, 5 ay sonra hücum planı
16 Noyabr 2017 Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı gizli plan
15 Noyabr 2017 Ərdoğanla Putinin İrəvanı qorxuya salan Qarabağ razılaşması
14 Noyabr 2017 Azərbaycanda İŞİD təhlükəsi - Terrorçular evlərinə qayıdır - VİDEO
13 Noyabr 2017 Yaxın Şərqdə YENİ XƏRİTƏ: şiddətli müharibə başlayır
10 Noyabr 2017 Türkiyə ilə böyük müharibə BAŞLAYIR - Bir neçə ay davam edəcək
08 Noyabr 2017 Media kriminal xəbərləri necə işıqlandırmalı? - MÜZAKİRƏ