b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_dinnn.jpg

Daxili İşlər Nazirliyi Bakıda 26 yaşlı gəncin döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Missiya.Az-a açıqlamasında naməlum şəxsin hücumuna məruz qalan Tunar İbrahimovun “şikayət etsəm də hələ ki, hadisə ilə bağlı heç bir qanuni tədbir görülməyib” deməsinin həqiqətəuyğun olmadığını bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_ehsan-zahidov.jpg
Ehsan Zahidov

“Həmin səxs şikayət edibsə, onun şikayətinə baxılmırsa daha yuxarı instansiyalara şikayət etməlidir. Daxili İşlər Nazirliyinə, Baş Polis İdarəsinə və ya Baş Prokurorluğa şikayət etsin. Bu şikayət əsasında araşdırma aparılıb ona cavab veriləcək”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, yanvarın 2-də Bakının Binəqədi rayon ərazisində xuliqanlıq hadisə baş verib. 

Missiya.Az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini İbrahimov Tunar Bayram oğlu naməlum şəxsin hücumuna məruz qalıb. 

Metronun “Azadlıq” stansiyası yaxınlığında baş vermiş hadisə nəticəsində T.İbrahimova ağır bədən xəsarətləri yetirilib və o, ətrafdakı insanların köməkliyi ilə 1 saylı Klinik Mərkəzə çatdırılıb. Hazırda həmin xəstəxananın Travmatologiya şöbəsində müalicə alan T.İbrahimov baş vermiş cinayət hadisəsinin müvafiq polis bölməsi tərəfindən araşdırılmadığını, lazımi ilkin istintaq tədbirlərinin görülmədiyini bildirib. Onun sözlərinə görə, rəsmi şikayət ərizəsi yazmasına baxmayaraq, Bunəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları hadisənin araşdırılmasına və günahkar şəxsin məsuliyyətə cəlb olunmasına maraq göstərmirlər.
Şikayətçi onu da bildirib ki, hadisənin araşdırılması 5-ci bölmənin tədqiqatçısı Elbrus Qurbanova həvalə olunub. 

Qeyd edək ki, Missiya.Az hadisənin videogörüntülərini də əldə edib. Görüntülərdə hadisəni törədən şəxsin üzü də aydın şəkildə görünür. Ətrafdakı şəxslər ona vurduğu gəncin halının pis olduğunu və yardıma ehtiyac duyduğunu desələr də, o, bütün bunlara məhəl qoymadan digər şəxslərə qarşı da kobud davranış nümayiş etdirib.

Görüntüləri diqqətinizə təqdim edirik:

29 Aprel 2017 Peterburqda Azərbaycan vətəndaşı öldürülüb
29 Aprel 2017 Bakı həbsxanasında intihar - Məhbus özünü asdı
28 Aprel 2017 Salyanda yol polisinin düşdüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
28 Aprel 2017 Rusiyada Azərbaycan vətəndaşı öldürülüb - FOTO
27 Aprel 2017 Rusiyada yaşayan iş adamı Bakıda qandallandı - FOTO, VİDEO
27 Aprel 2017 Bakıda universitet müəlliməsi mağazadan oğurluq etdi - VİDEO
27 Aprel 2017 YPX maşını dəhşətli qəza törətdi: 2 nəfər öldü
27 Aprel 2017 “Lotu Quli”nin yeznəsinə hökm oxundu
27 Aprel 2017 Bakıda 22 yaşlı gənc ağzından bıçaqlandı
26 Aprel 2017 Gəncədə dəhşət: qatar kişinin üstündən keçdi
26 Aprel 2017 Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib
26 Aprel 2017 Külli miqdarda pul "atan" qadın Azərbaycandan qaçdı - FOTO
26 Aprel 2017 Ağsuda oğurlanaraq zorlanan müəllimə ilə bağlı nazirlikdən AÇIQLAMA
24 Aprel 2017 DİN-in yüksək rütbəli polkovniki Bakıda qəzaya düşdü
24 Aprel 2017 Bakıda gecə klubuna hücum: xəsarət alanlar var - FOTO
23 Aprel 2017 Xanım direktoru kim kim öldürüb? - Tovuzda müəmma
23 Aprel 2017 Rusiyada erməni kafedə atışma törədib: yaralanan var
22 Aprel 2017 Bakıda 26 yaşlı qız paltar asarkən 7-ci mərtəbədən yıxılaraq ölüb
21 Aprel 2017 Bakıda gənc futbol meydançasında öldü
21 Aprel 2017 Bakıda gənc yüksək dozada narkotik maddədən öldü