b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_ouli.jpg

Rusiya kriminal aləminin öz lideri Zaxar Kalaşovun səs-küylü həbsindən sonra başsız qaldığı və yeni rəhbər axtarışında olduğu bir vaxtda Azərbaycan mafiyası qanqsterlər müharibəsinin yeni çığırına çıxır.

Missiya.Az xəbər verir ki, Rusiya KİV-ləri yazır ki, yeni müharibənin başlanğıcı “qanuni oğru” Rövşən Lənkəranskinin ölümü və azərbaycanlı kriminal avtoritet Rəşad İsmayılovun Canıyevin məhz onun əmri ilə o dünyaya göndərildiyi barədə son etiraf-bəyanatı ilə yadda qaldı. 

“Rosbalt” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazır ki, hazırda Moskva regionunda “qanuni oğru”lar Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılovdan (Rəşad Gəncinski) ibarət güclü vahid klan formalaşıb.

Onları 2016-cı ilin avqustunda İstanbulda güllələnən “qanuni oğru” Rövşən Lənkəranski ilə qarşıdurma birləşdirib. Əvvəlcə kriminal aləmdə həmin qətlin motivi kimi “göyərti kralı” adı ilə məşhur olan biznesmen Cambulat Şamiloğlunun öldürülməsinə görə qisas alındığı fikri ortaya atıldı.

Yeni il qabağı isə “Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi həqiqətən də dostu Canbulatın qisasını almaq üçün onun əmri ilə “o biri dünyaya göndərdiklərini” bəyan etdi.

Nəşr qeyd edir ki, Vaqifin və Lotu Qulinin köməyi olmadan Rəşad belə bir əməliyyatı reallaşdıra bilməzdi. Nəticədə vaxtilə Moskvada Lənkəranskinin nəzarəti altında olan demək olar ki, bütün obyektləri məhz "qanuni oğru”ların bu üçlüyü arasında bölündü. 

Lakin agentliyin mənbələri bu uğurun uzunmüddətli olacağına şübhə edirlər. Xüsusən də Azərbaycanda çoxdan həbsdə olan Nadir Səlifovun 2017-ci ildə azadlığa çıxa biləcəyi barədə danışıqların getdiyi bir vaxtda.

"Lotu Quli bu gün sənə dost və müttəfiqdir, amma sabah ən qəddar düşmən ola və gözlənilmədən sənə qarşı ova başlaya bilər. Belə hadisələr çox olub. Bunu Səlifovla tamamilə müxtəlif xarakterlərə malik olan Rəşadla Vaqif də anlayırlar. Buna görə onlar arasındakı birlik bağları 2017-ci ildə hökmən dağılacaq. Və onda keçmiş müttəfiqlər arasında müharibə başlanacaq”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbələrdən biri "Rosbalt"a bildirib.

Onun sözlərinə görə, indi Əli Əliyevin ("Dovşancığaz" ləqəbi ilə tanınan və hazırda həbsdə olan avtoritet Zaur Əliyevin qardaşı) hər an silaha əl atmağa hazır olan kriminal klanı da fəallıq göstərməyə başlayıb. Hüquq-mühafizə orqanlarında Lotu Qulinin düşmənlərindən olan "qanuni oğru" Əli Heydərovu (Kürən Albert) da yaddan çıxarmırlar. O, 2014-cü ildə saxlanmışdı və artıq iki ildir ki, istintaq altındadır, üstəlik perspektivi bir qədər dumanlı görünür. Ona görə, gələcəkdə Kürən Albertin azadlığa çıxmasına bel bağlaya biləcəyini istisna etmək olmaz.

"O çıxacaq ya yox, deyə bilmərik, istənilən halda Azərbaycan klanlarınını həyatının sakit olacağını gözləmək lazım deyil. Ehtimal ki, “razborka”lar da olacaq, atışmalar da”, – deyə "Rosbalt"a danışan mənbə vurğulayıb.

Virtualaz.org

27 İyul 2017 Azərbaycanda qadın özünü körpüdən atdı - FOTO
27 İyul 2017 Azərbaycanda broyler sexi partladı - Ölü və yaralılar var
26 İyul 2017 “Çudo Peçka”nın sahibi həbs olundu
25 İyul 2017 Bakıda yanğın zamanı partlayış baş verdi - Yaralılar var - VİDEO
24 İyul 2017 Novxanıda faciə: İki azyaşlı qardaş boğuldu
24 İyul 2017 Bərdədə dəhşət: arvadını "kuvalda" ilə öldürüb intihar etdi
22 İyul 2017 Türkiyədə azərbaycanlı sürücü dəhşətli qəza törətdi - VİDEO
21 İyul 2017 Oğlu "Porsche" ilə adam vuran polis zabiti haqqında araşdırma başladı - VİDEO
21 İyul 2017 Azərbaycanda 17 gündə 3 dəfə əməliyyat olunan gənc xəstəxanada öldü
20 İyul 2017 Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... - Tükürpədən təfərrüat
20 İyul 2017 Olimpiya çempionumuz bir ailəni maşınla əzdiyi qəzanın VİDEOsu
19 İyul 2017 Boks üzrə dünya çempionu bu qızı döyübmüş - FOTO
19 İyul 2017 Bakıda piyada faciəsi - “Mercedes” vurdu, “Porsche” üzərindən keçdi - VİDEO
18 İyul 2017 Kanalizasiyaya düşən şəxs və xilasedici FHN əməkdaşı öldü - Azərbaycanda
18 İyul 2017 “Hacı Mazan”ın obyektində faciə - Ölən var
17 İyul 2017 Direktorun otağından pul oğurladılar
17 İyul 2017 Daşkəsəndə qanlı olay: qardaş bacısını bıçaqladı
15 İyul 2017 General oğlunun həbsi daha bir cinayəti üzə çıxardı
14 İyul 2017 Bakıda nişanlısını qətlə yetirən şəxs: “Onunla həmişə hamamda görüşürdük”
14 İyul 2017 Şirvanda 4 gəncin etdiyi oğurluq anbaan kameralara düşdü - VİDEO