b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560250611_1560250091_1.jpg
Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

Missiya.Az xəbər verir ki, məktəbin direktoru Azər Ələkbərov bu barədə facebookda yazıb.

Yuxarı sinifdə oxuyan qızlardan birinin mobil telefonu oğurlanıb.

Hadisə barədə polisə məlumat verilib, lakin telefon bir neçə gündən sonra - 10 iyunda yararsız hala salınmış vəziyyətdə məktəbin qızlar üçün nəzərdə tutulmuş tualetdən tapılıb.

Məktəbin direktoru baş verənləri facebookda belə şərh edir: "Bir neçə gün öncə siniflərin birində şagirdin mobil telefonu itmişdir. Araşdırmamız nəticəsində qənaətə gəldik ki, telefon itməyib, onu oğurlayıblar. Siniflərdə şagirdlərlə söhbət etdik, oğurluğun həm mənəvi, həm hüquqi baxımından mənfi əməl olduğunu izah etməyə çalışdıq. Valideynə məlumat verdik. Nəticə olmadı. Məsləhət bildik ki, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Etdilər, yenə də nəticə olmadı.

Dünən xadimə iş otağıma daxil olaraq əlində selofana bükülmüş mobil telefonu göstərərək qeyd etdi ki, qızların ayaqyolusunda unitazın içində aşkar edib. Telefonun sahibi - həmin şagird bu telefonun ona məxsus olduğunu təsdiq etdi. Telefondan kəskin antisanitar qoxu gəldiyindən və telefonun içinə mexaniki müdaxilə olduğundan telefon yararsız hala düşüb".

Azər müəllim oğurluğun qız məktəbli tərəfindən törədildiyini deyir: "Bu hadisədə təəssüf doğuran bir neçə məqamlarla yanaşı bir vacib məqam var: telefon qızların sanitar qovşağından tapılıb. Nəzərə alsaq ki,həmin qovşağın girişində həmişə xadimə var və dəhlizdə videomüşahidə kamerası var, deməli, oğlan şagirdin ora daxil olması istisnadır. Bax, təəssüfedici məqam budur ki, oğurluğu qız uşağı edib və sonra, ya polisin və ya telefonun yararsız hala düşməyindən ehtiyyat edərək məktəbin sanitar qovşağına atıb".

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560250537_1560250140_4.jpg
19 Avqust 2019 Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
15 Avqust 2019 Azərbaycanda vəzifəli şəxs özünü asdı
14 Avqust 2019 Toyuna yaxın özünü asdı - İsmayıllıda dəhşət
08 Avqust 2019 Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var - FOTO
06 Avqust 2019 Bakıda fahişələrlə əylənən ərəblər peşman oldular - BİABIRÇILIQ
05 Avqust 2019 Azərbaycanda toyda dava - Ana və oğlu döyüldü
02 Avqust 2019 DYP rəisinin 26 yaşlı qardaşı oğlu bugünkü avtobus qəzasında ölüb
02 Avqust 2019 Bakıda avtobusla avtomobil toqquşdu - Ölən və yaralananlar var
29 İyul 2019 Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı
22 İyul 2019 Rusiyada almaya görə rüşvət verən azərbaycanlı hakim qarşısında
17 İyul 2019 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə
15 İyul 2019 Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı - VİDEO
12 İyul 2019 Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü
11 İyul 2019 Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı
10 İyul 2019 Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO
09 İyul 2019 Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın səbəbi açıqlandı
06 İyul 2019 Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı
04 İyul 2019 Bakıda fəhlənin başına daş düşdü
27 İyun 2019 Bakıda dönərdən kütləvi zəhərlənməyə görə CİNAYƏT İŞİ BAŞLANDI
21 İyun 2019 Kür çayında iki yeniyetmə batıb - Meyitləri hələ tapılmayıb