b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_hebsxana1508757978.jpg

Bakı Apellyasiya Məhkəməsində sabiq MTN-in generalları və digər yüksək rütbəli şəxslərinin barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəhbəri Teymur Quliyev, polkovnik Füzuli Əliyev və onların tabeliyində işləmiş daha dörd nəfər barələrində çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər.

Missiya.Az xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda prokuror çıxış edərək, şikayətlər əsassız olduğunu deyib və Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanmasını istəyib.

Müdafiəçilər isə replika hüququndan istifadə edərək, hökmün ləğv edilərək, təqsirləndirilənlərə bəraət verilməsini istəyiblər.

Məhkəmə şikayətlərinin təmin olunmamması və Bakı Hərbi Məhkəməsinin qüvvədə saxlanması barədə qərarı elan edib.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə təqsirli biliniblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

E.Əzizov hökmdən şikayət verməyib. N.Mürvətova öncə şikayət versə də, sonradan geri götürüb. E.Əliyev də 2018-ci ilin oktyabrında azadlığa çıxdığına görə şikayətindəm imtina edib.

22 Fevral 2019 Yevlaxda silahlı insident: Keçmiş məhkum iş başında güllələndi
16 Fevral 2019 Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
15 Fevral 2019 Bakıda dəhşətli qəza: ər öldü, arvadı sağ qaldı
13 Fevral 2019 BDU-nun tələbəsi öldürüldü
07 Fevral 2019 Benzindoldurma məntəqələrini soyan dəstə ələ keçdi - VİDEO
06 Fevral 2019 DTX əməliyyat keçirdi - Mütəşəkkil dəstə zərərsizləşdirildi
06 Fevral 2019 Bakıda qonaq ev sahibini və arvadını öldürdü
05 Fevral 2019 Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü
31 Yanvar 2019 Bakıda 22 yaşlı qız içkili vəziyyətdə ağır qəza törətdi - VİDEO
30 Yanvar 2019 Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb
29 Yanvar 2019 Bakıda faciə - Gözəlik salonundan toya gedən gəlin yolda öldü
25 Yanvar 2019 Bakıda hamamda “qanlı gecə”: 4 nəfər bıçaqlandı
24 Yanvar 2019 Azərbaycanda axtarışda olan seksual manyak saxlanıldı
23 Yanvar 2019 Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT
22 Yanvar 2019 Qubada dəhşətli hadisə - “Hyundai Santafe” insanların üstünə çıxdı
21 Yanvar 2019 Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO
18 Yanvar 2019 Bakıda gənc müğənni həbs edildi - TƏFƏRRÜAT
17 Yanvar 2019 Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi
10 Yanvar 2019 Rusiyada azərbaycanlı sürücünün başını yardılar
09 Yanvar 2019 Bakıda güclü partlayış: ölənlər var