b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n85.jpg

Bakıda bacısını balta ilə qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində məhkəmə qərarından prokurorun apellyasiya protesti üzrə yenidən keçirilən məhkəmə prosesi başa çatıb.

Missiya.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə prokurorun apellyasiya protesti ilə bağlı qərar elan edilib.

Qərara görə, protest təmin olunmayıb.

Qeyd edək ki, Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və Pərvanə Nuriyeva azadlığa çıxıb.

Bu qərardan narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror protestində Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

İttihama görə, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra balta ilə başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onlar həmin dövrdə də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrlik etdiyi kollegiya prokurorun protestini təmin edib. Həmin kollegiyanın qərarına əsasən, Pərvanə Nuriyevanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi qərara alınıb.

22 Fevral 2019 Yevlaxda silahlı insident: Keçmiş məhkum iş başında güllələndi
16 Fevral 2019 Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
15 Fevral 2019 Bakıda dəhşətli qəza: ər öldü, arvadı sağ qaldı
13 Fevral 2019 BDU-nun tələbəsi öldürüldü
11 Fevral 2019 Sabiq MTN generalları və vəzifəlilərlə bağlı qərar verildi
07 Fevral 2019 Benzindoldurma məntəqələrini soyan dəstə ələ keçdi - VİDEO
06 Fevral 2019 DTX əməliyyat keçirdi - Mütəşəkkil dəstə zərərsizləşdirildi
06 Fevral 2019 Bakıda qonaq ev sahibini və arvadını öldürdü
05 Fevral 2019 Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü
31 Yanvar 2019 Bakıda 22 yaşlı qız içkili vəziyyətdə ağır qəza törətdi - VİDEO
30 Yanvar 2019 Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb
29 Yanvar 2019 Bakıda faciə - Gözəlik salonundan toya gedən gəlin yolda öldü
25 Yanvar 2019 Bakıda hamamda “qanlı gecə”: 4 nəfər bıçaqlandı
24 Yanvar 2019 Azərbaycanda axtarışda olan seksual manyak saxlanıldı
23 Yanvar 2019 Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT
22 Yanvar 2019 Qubada dəhşətli hadisə - “Hyundai Santafe” insanların üstünə çıxdı
21 Yanvar 2019 Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO
18 Yanvar 2019 Bakıda gənc müğənni həbs edildi - TƏFƏRRÜAT
17 Yanvar 2019 Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi
10 Yanvar 2019 Rusiyada azərbaycanlı sürücünün başını yardılar