b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_1541675994_untitled-1.jpg
Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2018-ci il oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.
 
Bu barədə Missiya.Az-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən bildirilib.
 
Faktla bağlı DTX-da dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
İstintaq zamanı qeyd olunan cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilərək, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Məlum olub ki, 2018-ci ilin oktyabr ayının 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəlib, törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə 29 oktyabr saat 21-dən 30 oktyabr saat 04-dək olan müddət ərzində dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.
 
Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkar edilərək götürülüb.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
22 Yanvar 2019 Qubada dəhşətli hadisə - “Hyundai Santafe” insanların üstünə çıxdı
21 Yanvar 2019 Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO
18 Yanvar 2019 Bakıda gənc müğənni həbs edildi - TƏFƏRRÜAT
17 Yanvar 2019 Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi
10 Yanvar 2019 Rusiyada azərbaycanlı sürücünün başını yardılar
09 Yanvar 2019 Bakıda güclü partlayış: ölənlər var
08 Yanvar 2019 Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR
07 Yanvar 2019 Bakıda avtobus evakuatorla toqquşdu - VİDEO
03 Yanvar 2019 Azərbaycanlı gənc biləklərini kəsib intihar etdi - ANBAAN VİDEO (+18)
03 Yanvar 2019 Azərbaycanlını qarət edən dörd türk ələ keçdi
28 Dekabr 2018 Rüşvət alan polkovnikə hökm oxundu
26 Dekabr 2018 Bakıda adam bıçaqlayan şəxslər cəzalandırıldı
25 Dekabr 2018 DİN Yevlaxdakı qətllə bağlı məlumat yayıb
24 Dekabr 2018 Xırdalanda qadın binadan yıxılıb öldü - VİDEO
21 Dekabr 2018 Qadın qaynı ilə əlbir oldu - Ərini öldürüb ayaqyoluna atdı
20 Dekabr 2018 Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi
19 Dekabr 2018 DİN generalının interpol xətti ilə axtarışda olan keçmiş qaynı həbs olundu
18 Dekabr 2018 “Gənclik Mall”ın qarşısında dəhşət – Maşınlar üstündən keçdi, yerindəcə öldü
15 Dekabr 2018 Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılanlar var
14 Dekabr 2018 “Bibi”nin istintaqı başa çatdı