b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_lishenie-svobody-za-alimenty-740x491.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Missiya.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, R.Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib. 

Proses sentyabrın 21-dək təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.

Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu, 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.

18 Dekabr 2018 “Gənclik Mall”ın qarşısında dəhşət – Maşınlar üstündən keçdi, yerindəcə öldü
15 Dekabr 2018 Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılanlar var
14 Dekabr 2018 “Bibi”nin istintaqı başa çatdı
13 Dekabr 2018 Azərbaycanda hadisə: 15 yaşlı qız qaçırıldı
11 Dekabr 2018 Azərbaycanlı iş adamı özünü asdı
10 Dekabr 2018 Bakıda qız üstündə dava - 14 yaşlı oğlan bıçaqlandı
08 Dekabr 2018 Azərbaycanda evdən 1,5 kq qızıl oğurlanıb
08 Dekabr 2018 Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri - VİDEO
06 Dekabr 2018 Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanıldı
06 Dekabr 2018 Məhkəmə bacısını baltalayıb öldürən qızla bağlı qərar verdi
05 Dekabr 2018 Özünü 42-ci mərtəbədən atan azərbaycanlı oğlan öldü
05 Dekabr 2018 93 yaşlı kişi arvadını öldürüb intihar etdi
04 Dekabr 2018 Azərbaycanda məşhur cərrah iş başında öldü
04 Dekabr 2018 Bakıda dəhşət saçan yol – Burada 2 gündə 5 gənc oğlan öldü
03 Dekabr 2018 Mahmudovun istintaqa ifadəsi yayıldı
03 Dekabr 2018 Bakıda dəhşətli qəza - Dörd nəfər öldü
30 Noyabr 2018 Ərəblər Şəkidə qəzaya düşdü - Yaralılar var
29 Noyabr 2018 Bakıda daha bir hamam faciəsi - Qadının meyiti tapıldı
29 Noyabr 2018 Bakı-Sumqayıt yolunda zəncirvari qəza: maşın DYP postunun divarına çırpıldı
28 Noyabr 2018 Bakıda alimentdən boyun qaçıran ana həbs olundu