b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_n8.jpg

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Missiya.Az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib. 

İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb və insan alverinə məruz qoyub. Cinayət işi üzrə beş qadın zərərçəkmiş şəxs qismində tanınıb. 

Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan beş qadını bu adla aldadaraq, Türkiyəyə aparıb. Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütəşəkkil dəstənin digər üzvləri şərait yaradıb. 

Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.

21 May 2019 Təhsil işçisinin itkin düşmə səbəbi - Nişanlısı ilə dalaşdı, ölkəni tərk etdi
20 May 2019 Fuad Abbasovun Rusiyada saxlanılma görüntüləri - VİDEO
15 May 2019 Narkoloji Mərkəzdə baş verən yanğın işi üzrə hökm oxundu
13 May 2019 Azərbaycanda vəzifəli şəxs iş yerində öldü
10 May 2019 “Emil 444”ü öldürən şəxs tutuldu - VİDEO
08 May 2019 ABŞ-da azərbaycanlı evində güllələndi
07 May 2019 Müavini məhkəmədə Cahangir Hacıyevi ittiham etdi: O göstəriş verib
07 May 2019 300-dən çox kişi zorakılığın qurbanı oldu - Azərbaycanda
06 May 2019 Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı
02 May 2019 Bakıda polisə ülgüclə hücum edən şəxslər hakim qarşısına çıxarılır
01 May 2019 Bakıda oğlan keçmiş sevgilisini vəhşicəsinə öldürdü
29 Aprel 2019 Azyaşlı qızları fahişəliyə cəlb edən “İntuş”a hökm oxundu
26 Aprel 2019 Moskvada qumar borcuna görə öldürülən azərbaycanlı jurnalistin dəhşətli görüntüləri - FOTO
25 Aprel 2019 Hərəkətdə olan avtomobil alışıb yandı - VİDEO
22 Aprel 2019 Bakıda 73 yaşlı qadın sifarişlə öldürüldü - RƏSMİ
19 Aprel 2019 Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO
18 Aprel 2019 Bakıda məşhur müğənninin oğlu adam öldürüb – Yeni detallar
17 Aprel 2019 Bakıda bədbəxt hadisə - Maşinist öldü
16 Aprel 2019 Azərbaycanda dəhşət: Ana 10 aylıq qızını boğaraq öldürdü
15 Aprel 2019 Bakıda quşçuluq fabrikindən 170 min manatlıq toyuq oğurlanıb