1526451230_1526450638_image-500-450x250.jpeg
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
 
DİN-dən Missiya.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub.
 
Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
 
Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
 
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
 
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
22 Yanvar 2019 Qubada dəhşətli hadisə - “Hyundai Santafe” insanların üstünə çıxdı
21 Yanvar 2019 Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO
18 Yanvar 2019 Bakıda gənc müğənni həbs edildi - TƏFƏRRÜAT
17 Yanvar 2019 Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi
10 Yanvar 2019 Rusiyada azərbaycanlı sürücünün başını yardılar
09 Yanvar 2019 Bakıda güclü partlayış: ölənlər var
08 Yanvar 2019 Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR
07 Yanvar 2019 Bakıda avtobus evakuatorla toqquşdu - VİDEO
03 Yanvar 2019 Azərbaycanlı gənc biləklərini kəsib intihar etdi - ANBAAN VİDEO (+18)
03 Yanvar 2019 Azərbaycanlını qarət edən dörd türk ələ keçdi
28 Dekabr 2018 Rüşvət alan polkovnikə hökm oxundu
26 Dekabr 2018 Bakıda adam bıçaqlayan şəxslər cəzalandırıldı
25 Dekabr 2018 DİN Yevlaxdakı qətllə bağlı məlumat yayıb
24 Dekabr 2018 Xırdalanda qadın binadan yıxılıb öldü - VİDEO
21 Dekabr 2018 Qadın qaynı ilə əlbir oldu - Ərini öldürüb ayaqyoluna atdı
20 Dekabr 2018 Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi
19 Dekabr 2018 DİN generalının interpol xətti ilə axtarışda olan keçmiş qaynı həbs olundu
18 Dekabr 2018 “Gənclik Mall”ın qarşısında dəhşət – Maşınlar üstündən keçdi, yerindəcə öldü
15 Dekabr 2018 Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılanlar var
14 Dekabr 2018 “Bibi”nin istintaqı başa çatdı