b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_mahkeme.jpg
Qızını öldürən Qarabağ əlili cəzasının azaldılması ilə bağlı yuxarı instansiya məhkəməsinə müraciət edib.

Missiya.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, ötən gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məhkum Əsədov Rauf Əsədxan oğlu barəsində kassasiya şikayəti təmin edilmədən saxlanılıb.

Hadisənin necə baş verməsinə gəlincə, 1 dekabr 2016-cı ildə Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədova atası Rauf Əsədov tərəfindən qətlə yetirilib. Məlum olub ki, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılıb.

Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilib. Elə qətl hadisəsi də burada baş verib.

Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib. Hadisədən bir ay əvvəl-dörd il yarım həbs çəkəndən sonra azadlığa çıxıb.

Həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda olub. Belə ki, hadisədən bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılıb. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin-baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.

Məlum olub ki, Rauf həmin axşam 2 şüşə araq içibmiş...Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, “Fərqanəni qətlə yetirmişəm”.

Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından, polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyərək hökmü qüvvədə saxlayıb.

15 Mart 2019 Bakıda faciə: 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı
14 Mart 2019 Elnur Məmmədli qəzaya düşdü - FOTO
28 Fevral 2019 Kriminal avtoritet "Səddam" Beyləqanda saxlanıldı - VİDEO
27 Fevral 2019 Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - ağır yaralandı
26 Fevral 2019 Azərbaycanda iş adamı həbs edildi
25 Fevral 2019 Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl ölüb
22 Fevral 2019 Yevlaxda silahlı insident: Keçmiş məhkum iş başında güllələndi
16 Fevral 2019 Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
15 Fevral 2019 Bakıda dəhşətli qəza: ər öldü, arvadı sağ qaldı
13 Fevral 2019 BDU-nun tələbəsi öldürüldü
11 Fevral 2019 Sabiq MTN generalları və vəzifəlilərlə bağlı qərar verildi
07 Fevral 2019 Benzindoldurma məntəqələrini soyan dəstə ələ keçdi - VİDEO
06 Fevral 2019 DTX əməliyyat keçirdi - Mütəşəkkil dəstə zərərsizləşdirildi
06 Fevral 2019 Bakıda qonaq ev sahibini və arvadını öldürdü
05 Fevral 2019 Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü
31 Yanvar 2019 Bakıda 22 yaşlı qız içkili vəziyyətdə ağır qəza törətdi - VİDEO
30 Yanvar 2019 Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb
29 Yanvar 2019 Bakıda faciə - Gözəlik salonundan toya gedən gəlin yolda öldü
25 Yanvar 2019 Bakıda hamamda “qanlı gecə”: 4 nəfər bıçaqlandı
24 Yanvar 2019 Azərbaycanda axtarışda olan seksual manyak saxlanıldı