b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_araq1.jpg

Hadisənin son zamanlar bölgələrdə baş verən kütləvi zəhərlənmələrlə də əlaqəsi araşdırılır. Bir gün öncə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keyfiyyətsiz yeyinti və sənaye məhsulları hazırlamaqla insan sağlamlığına ciddi təhlükə yaradan, müxtəlif xəstəliklərin yaranmasına səbəb olan, həmçinin ölkənin iqtisadi dayaqlarına, ayrı-ayrı dövlətlərlə idxal-ixrac əməliyyatlarına zərər vuran şəxslərin aşkar edilməsi istiqamətində növbəti kompleks əməliyyat-tədbiri həyata keçirildiyi barədə məlumat vermişdik.

Məlumatda bildirilirdi ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarusiya, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri –  Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

Missiya.Az postbaku.net-ə istinadən xəbər verir ki, dəstə üzvlərinə məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin onların yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı spirtli içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunaraq götürülüb.

Ekspert rəyinə əsasən aşkarlanan saxta spirtli içkilərin tərkibində insan orqanizminə ciddi təhlükə yaradan zərərli mikroqatışıq hesab edilən aseton mövcuddur.

Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri tərkibində aseton olan spirtli içkiləri müxtəlif adda hazırlayandan sonra qurduqları şəbəkə vasitəsilə satışını təşkil ediblər.

Xatırladaq ki, son dövrlərdə müxtəlif bölgələrdə, Tovuz, Mingəçevir, Ağdam, Ağstafa, Bərdə, Balakən və bəzi digər rayonlarda, xüsusilə də keçirilən toy mərasimlərində  kütləvi zəhərlənmə halları qeydə alınmışdır ki, bu hallar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etmişdir.

Məlumata görə saxlanılan şəxslərin hazırladığı aşkar edilmiş saxta məhsulların qeyd olunan kütləvi zəhərlənmə halları ilə də əlaqəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı DİN BMCMİ-də cinayət işi başlanılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbirləri seçilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_araq2.jpg




23 Fevral 2018 Arif Əsgərovun baldızı oğlu məhkəmə zalında həbs edildi
23 Fevral 2018 Beyləqanda ağır qəza: Ölənlər var
22 Fevral 2018 Azərbaycanlı biznesmen Rusiyada güllələnib - VİDEO
21 Fevral 2018 Bakıda əri xəyanət edən qadından inanılmaz əməl
20 Fevral 2018 Azərbaycanda evdən qaçan təzə gəlin tapıldı: Görün harada imiş
19 Fevral 2018 Qəzada həlak olan evin tək qızı imiş...
19 Fevral 2018 Gəncədə ər-arvad faciəvi şəkildə ölüb
17 Fevral 2018 Bakıda dəhşətli qəzanın anbaan görüntüləri - VİDEO
16 Fevral 2018 Bakıda dəhşətli qətl: kişini doğrayıb, zibil qabına yığdılar
15 Fevral 2018 Ramiz Mirzəyevin oğlu qəzada həlak oldu
14 Fevral 2018 Polis Xoşqədəmin efirinə basqın etdi: Canlı yayımda həbs – VİDEO
13 Fevral 2018 Gəncədə məktəbli bıçaqlanaraq öldürülüb
13 Fevral 2018 Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu - FOTO
12 Fevral 2018 Zaqatalada gənc qadın öldü - 4 gün əvvəl toyu olubmuş
09 Fevral 2018 Şirvanda ər arvadını bıçaqladı
07 Fevral 2018 Azərbaycanda kişi arvadını baltaladı
06 Fevral 2018 Azərbaycanda müəllim 14 yaşlı qızla intim münasibətdə oldu
05 Fevral 2018 Bakıda yaşayış evi yanır
04 Fevral 2018 Sərxoş polis piyadanı vurub
02 Fevral 2018 İzzət Bağırov məhkəməyə gətirildi