Ardını oxu...

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Missiya.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

“Qafqazinfo”

Ardını oxu...

"Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında tərəfimizdən araşdırma aparılıb".

Missiya.Az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən olunub ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.