b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_IMF.jpg

“Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”.

Missiya.Az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Beynəlxalq Valyuta Fondundan (IMF) bildiriblər.

IMF rəsmiləri Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək verməyə hazır olduqlarını açıqlayıblar: “Bu günə qədər Azərbaycan hakimiyyəti hansısa kredit məsələsinə görə, IMF-yə müraciət etməyib. Ölkənin makroiqtisadi göstəricilərindən və spesifik imkanlardan asılı olaraq IMF-nin şərtləri dəyişir. Eyni zamanda, IMF fiskal qaydaların inkişafı, pul bazasının gücləndirilməsi və bank nəzarətinə dəstək üçün dövlət orqanlarına bütün texniki aspektlər üzrə dəstək göstərməyə hazırdır”.

Fondun açıqlamasına görə, Azərbaycanla bağlı İMF-nin Direktorlar Şurası sonuncu dəfə 2016-cı il sentyabrın 9-da yığışıb: “Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) üzrə sonuncu görüş 2015-ci ilin mart ayının ortalarında baş tutub ki, bu da milli valyutanın birinci devalvasiyasından dərhal sonra olub. Texniki dəstək və təlim fəaliyyəti ilə hakimiyyət orqanlaının büdcə və borcların idarə edilməsi, pensiya islahatları və makrostatistika da daxil olmaqla makroiqtisadiyyatla əlaqədar bir sıra sahələrdəki islahat səylərini dəstəkləyirik”.

18 İyul 2017 Azərbaycanda bu benzin növləri rüsumdan azad edildi
13 İyul 2017 Manatın yeni məzənnəsi açıqlandı
12 İyul 2017 Dollarla bağlı kritik açıqlamaya saatlar qaldı
10 İyul 2017 "Azərbaycan məsuliyyətli ölkədir" - Dünya Neft Şurasının sədri
02 İyul 2017 Azərbaycanda qızıl hasilatı artır
01 İyul 2017 Deputatdan manatla bağlı - ŞAD XƏBƏR
22 İyun 2017 Dolların sabaha olan məzənnəsi açıqlandı
07 İyun 2017 Sahibkarlara dörd mindən artıq lisenziya verilib
06 İyun 2017 ING: Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq
30 May 2017 Azərbaycanda daha 5 bank bağlana bilər
30 May 2017 Elman Rüstəmovdan manatla bağlı açıqlama
26 May 2017 OPEC neftin müvafiq qiymətini açıqladı
23 May 2017 İslam Oyunlarından sonra dollar bahalaşacaqmı...
21 May 2017 “Exchange” açmaq istəyənlərin - NƏZƏRİNƏ
17 May 2017 Azərbaycanlı milyarder şirkətini Ərəbistandan çıxarır
16 May 2017 "Fitch" və "Moody’s" agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb
15 May 2017 Biləsuvarda sahibkarlar üçün treninq keçirilib
15 May 2017 Dollar həftəyə bu məzənnə ilə başlayır
10 May 2017 "Vaxt gələcək, Azərbaycanın elektron pulu olacaq" - Sabit Fətizadə
07 May 2017 Azərbaycan 500 milyon dollar kredit götürdü