b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_birja.jpg

Yanvarın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Missiya.Az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gündür. Notlar fevralın 1-də ödəniləcək.

Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik hüquqi şəxslər iştirak edə bilərlər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən çox olmamalıdır. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilərlər.

Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

18 İyul 2017 Azərbaycanda bu benzin növləri rüsumdan azad edildi
13 İyul 2017 Manatın yeni məzənnəsi açıqlandı
12 İyul 2017 Dollarla bağlı kritik açıqlamaya saatlar qaldı
10 İyul 2017 "Azərbaycan məsuliyyətli ölkədir" - Dünya Neft Şurasının sədri
02 İyul 2017 Azərbaycanda qızıl hasilatı artır
01 İyul 2017 Deputatdan manatla bağlı - ŞAD XƏBƏR
22 İyun 2017 Dolların sabaha olan məzənnəsi açıqlandı
07 İyun 2017 Sahibkarlara dörd mindən artıq lisenziya verilib
06 İyun 2017 ING: Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq
30 May 2017 Azərbaycanda daha 5 bank bağlana bilər
30 May 2017 Elman Rüstəmovdan manatla bağlı açıqlama
26 May 2017 OPEC neftin müvafiq qiymətini açıqladı
23 May 2017 İslam Oyunlarından sonra dollar bahalaşacaqmı...
21 May 2017 “Exchange” açmaq istəyənlərin - NƏZƏRİNƏ
17 May 2017 Azərbaycanlı milyarder şirkətini Ərəbistandan çıxarır
16 May 2017 "Fitch" və "Moody’s" agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb
15 May 2017 Biləsuvarda sahibkarlar üçün treninq keçirilib
15 May 2017 Dollar həftəyə bu məzənnə ilə başlayır
10 May 2017 "Vaxt gələcək, Azərbaycanın elektron pulu olacaq" - Sabit Fətizadə
07 May 2017 Azərbaycan 500 milyon dollar kredit götürdü