b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_2019-01-11_092049-800x450.jpg

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib.

Missiya.Az xəbər verir ki, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye – 1 kq-ı üzrə 1 ABŞ dolları müəyyən edilib.

Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.

Qərarla şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

22 Fevral 2019 Bakıda hansı rayonlarda “DOST” olacaq?
21 Fevral 2019 Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
18 Fevral 2019 Bakıda 75 min manata ağac satılır - VİDEO
16 Fevral 2019 Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
14 Fevral 2019 Orta aylıq əmək pensiyası belə artacaq - RƏQƏMLƏR
12 Fevral 2019 "Gələcəkdə də əməkhaqqlar artırılacaq" - Hadi Rəcəbli
08 Fevral 2019 Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
01 Fevral 2019 Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi
31 Yanvar 2019 Elman Rüstəmov vəd verdi: “Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”
31 Yanvar 2019 Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı
30 Yanvar 2019 Bu xidmətlərə görə rüsumlar artırılır
29 Yanvar 2019 Gömrük məmurları ilə sahibkarın təması azaldılır
25 Yanvar 2019 Yeni dövlət rüsumları təklif olunur - TARİFLƏR
23 Yanvar 2019 Azərbaycanda maye qaz bahalaşdı - VİDEO
14 Yanvar 2019 DGK sədri: Azərbaycana 803 milyon dollarlıq qızıl külçələr gətirilib
10 Yanvar 2019 Azərbaycan nefti kəskin bahalaşdı
09 Yanvar 2019 Deputat: Əlilliyin qeydə alınması ilə bağlı paradoks yaranıb
08 Yanvar 2019 Artım pensiyaçıların 94 faizinə şamil olunacaq - Nazirlik
04 Yanvar 2019 Azərbaycanda köhnə avtomobillər dövriyyədən çıxarılacaq
28 Dekabr 2018 Yeni ildən əməkhaqları necə hesablanacaq? - KALKULYATOR