b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n93.jpg

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun vaqonlarını birgə istehsal edəcək.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan verib.

“Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək vaqonların istehsal ediləcəyi birgə zavod yaradacaq. Sözügedən mövzu ilə bağlı paytaxt Bakıda Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşdüm, Bakı-Tbilisi-Qars dəmir yolunun daha yaxşı xidmət göstərməsi üçün görüləsi işləri müzakirə etdik”, - nazir bildirib. 

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yoluna böyük sərmayə qoyulub. Buradan yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, bütün qonşu ölkələrin yüklərinin daşınması nəzərdə tutulur. Buna görə də Azərbaycan və Türkiyə birlikdə Azərbaycanda bir zavod yaradacaq və yük vaqonlarını birgə istehsal edəcək. Türkiyəli nazir hazırda layihə üzərində işlərin tamamlanmaq ərəfəsində olduğunu bildirib:

“Hələlik Bakı-Tbilisi-Qars dəmir yolu ancaq yük nəqliyyatı xidmətini həyata keçirir. Sərnişin nəqliyyatı sonrakı illərdə başlayacaq”.


14 Dekabr 2018 Azərbaycan İranın bir neçə vilayətindən toyuq ətinin idxalını qadağan etdi
12 Dekabr 2018 Ölkəyə 1 milyon tut tingi gətirilib
11 Dekabr 2018 Pambıq üzrə yeni statistika açıqlandı
10 Dekabr 2018 Dollarla verilən kreditlərlə bağlı vacib yenilik - VİDEO
07 Dekabr 2018 Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR
05 Dekabr 2018 İpoteka kreditlərinin faizi dərəcəsi düşüb - RƏSMİ
04 Dekabr 2018 Bakıda ən az maaşı bu şəxslər alır
03 Dekabr 2018 Gəlir vergisi üzrə 100 faizlik güzəşt - RƏSMİ AÇIQLAMA
01 Dekabr 2018 Banklarda xarici valyuta ilə bağlı limitlər müəyyənləşdi - YENİ QAYDA
30 Noyabr 2018 Vergilər Məcəlləsinə dəyişikliklər edildi - YENİ QAYDALAR
28 Noyabr 2018 Hesabat verməyən QHT-lərdən pul geri alınacaq
28 Noyabr 2018 Portonovi gələn il açılışını edəcək FOTO/VIDEO
27 Noyabr 2018 Azərbaycanda yaşayış minimumu artırıldı
27 Noyabr 2018 Nazir: Dövlət büdcəsi 610 milyon manat artırıldı
26 Noyabr 2018 Geyim və əczaçılıq məhsullarının istehsalı azalıb
24 Noyabr 2018 Avtomobillərin idxal rüsumu artırılır
23 Noyabr 2018 SOCAR İstanbulun yeni hava limanında yanacaqdoldurma stansiyaları açacaq
22 Noyabr 2018 Azərbaycanda yeni bank adı görəcəksiniz
19 Noyabr 2018 Pambığın maya dəyəri açıqlandı: dəyər zənciri necə olacaq?
19 Noyabr 2018 Azərbaycanda minlərlə insana şad xəbər - LƏĞV OLUNUR