b_550_325_16777215_00_images_xeber_sekilleri__19.11.2018_n104.jpg

Türkiyənin ən böyük xarici investoru olan SOCAR tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında doqquz yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.

Missiya.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“SOCAR Turkey Enerji” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan İstanbul hava limanında doqquz yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderin qalibi olub. Hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək.

Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR dünyanın illik potensialı 200 mln. sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək.

“SOCAR Turkey” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini bildirib:

“2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14,2 mlrd. dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Turkey”in Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir.

Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə qazanmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”.

Doqquz stansiyanın beşi perronda, biri karqo daşıma sahəsində, ikisi avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu doqquz stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək.

“SOCAR Turkey”in hava limanın perron hissəsində yerləşən beş stansiyası “THY-TGS-Çelebi-HAVA-IGA Yer İşletmeleri”nə aid 4 000-dən çox avtomobili yanacaqla təmin edəcək. Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları, gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo şəhərciyində yer alan 5 000 kv.metrlik sahədə yerləşən stansiya isə karqo şirkətlərinin 1 000-dən çox avtomobili ilə yanaşı sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət göstərəcək.

Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid 1 200 avtomobilin yanacaq təminatını həyata keçirəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10 min avtomobilin istifadə etməsi planlaşdırılır. 

15 Mart 2019 Azərbaycanın xarici borcu açıqlandı
28 Fevral 2019 Dövlət qulluqçularının maaşları artırılır
28 Fevral 2019 “Dollarla kredit götürüb artıq ödəniş edənlərin pulu geri qaytarılacaq” - Mərkəzi Bank
22 Fevral 2019 Bakıda hansı rayonlarda “DOST” olacaq?
21 Fevral 2019 Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
18 Fevral 2019 Bakıda 75 min manata ağac satılır - VİDEO
16 Fevral 2019 Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
14 Fevral 2019 Orta aylıq əmək pensiyası belə artacaq - RƏQƏMLƏR
12 Fevral 2019 "Gələcəkdə də əməkhaqqlar artırılacaq" - Hadi Rəcəbli
08 Fevral 2019 Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
01 Fevral 2019 Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi
31 Yanvar 2019 Elman Rüstəmov vəd verdi: “Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”
31 Yanvar 2019 Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı
30 Yanvar 2019 Bu xidmətlərə görə rüsumlar artırılır
29 Yanvar 2019 Gömrük məmurları ilə sahibkarın təması azaldılır
25 Yanvar 2019 Yeni dövlət rüsumları təklif olunur - TARİFLƏR
23 Yanvar 2019 Azərbaycanda maye qaz bahalaşdı - VİDEO
14 Yanvar 2019 DGK sədri: Azərbaycana 803 milyon dollarlıq qızıl külçələr gətirilib
11 Yanvar 2019 Bu məhsulların gömrük rüsumları artırıldı – Siyahı
10 Yanvar 2019 Azərbaycan nefti kəskin bahalaşdı