b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_1542113211_f9688c57491d55f222f9fb70652a9bd3.jpg
2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.
 
Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir. 
 
Missiya.Az xəbər verir ki, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır.
 
2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır. 
 
Hamı siqaretə qarşı: tibbi və iqtisadi ziyanı 
 
Hazırda tütündən istifadə dünyada ən yayılmış zərərli vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hesablamalara görə, tütünün zərərli təsiri nəticəsində yaranan xəstəliklər səbəbindən hər 6 saniyədə bir nəfər dünyasını dəyişir ki, bu da ildə altı milyon insan deməkdir.
 
Dünya alimləri həyəcanla bəyan edirlər ki, "tütün epidemiyası” ilə bağlı lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, bu rəqəm 2030-cu ildə səkkiz milyona çata bilər. Tütünçəkmənin ümumi iqtisadi zərəri il ərzində 1,4 trilyon ABŞ dollarından çoxdur.
 
Araşdırmalara görə, siqaret çəkən insanlar 40 yaşadək tütündən imtina etsələr, onların tütünçəkmə səbəbindən yaranan vaxtından əvvəl ölüm riski 90%-dək, 50 yaşadək tütündən imtina etsələr, ölüm riski yarıdan çox azala bilər. 
 
Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, tütün vergilərinin artırılması tütündən istifadənin azalmasına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına və dövlət gəlirlərinin artmasına şərait yaradır.
 
Filippində bu "günah vergisi”nin artırılması nəticəsində siqaret çəkənlər 31%-dən 23,3%-dək azalıb və dövlət də əlavə 3,1 milyard dollar gəlir əldə edib. Qonşu Rusiyada hər 1000 ədəd filtrli siqaret üçün aksiz vergisinin dəyəri 550 rubldan 820 rubla qaldırılıb. Nəticədə, siqaretin qiyməti təxminən 50 faizədək bahalaşıb.
 
İlk növbədə büdcənin gəlirlərinin artması üçün lazımdır
 
Bəs, tütün və tütün məmulatlarına tətbiq edilən vergi dərəcələrinin artırılması yerli istehsala və satışa necə təsir göstərir? 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, "European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sabiq sədri Rüfət Quliyev tütün və tütün məmulatlarına aksiz vergisinin hələ də aşağı olduğu qənaətindədir. Onun fikrincə, Azərbaycanda tütün idxalına tətbiq olunan aksiz vergisi Avropadakı qədər yüksək deyil:
 
"Bu sahədə Avropa təcrübəsini öyrənən bir şəxs kimi deyə bilərəm ki, bir çox ölkələrdə tütün idxalına tətbiq edilən aksiz vergisi bizdəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Tütün məmulatlarına aksiz vergilərinin tətbiq olunması büdcənin gəlirlərinin artması üçün lazımdır. Bu siyasət həm də ölkədə siqaretə qarşı dövlət siyasətinin tərkib hissəsi kimi vacibdir”. 
 
Aksiz dərəcələrinin artırılmasının yerli istehsala və satışa təsirinə gəlincə, millət vəkili bildirib ki, siqaretin tərkibində 27 komponent var və onun 20-si Azərbaycanda istehsal olunur. 
 
"Çalışmalıyıq ki, həmin komponentlərin hamısını ölkəmizdə istehsal etmək üçün münbit şərait yaransın. Xaricdən idxal olunan tütün məmulatlarına aksiz vergisinin dərəcəsini artırmaqla biz yerli istehsalı stimullaşdırmalıyıq. Bu, ölkə iqtisadiyyatının ümumi inkişafına, büdcə gəlirləri üçün yeni mənbələrin yaradılmasına gətirib çıxarmalıdır”.
 
Daxili istehsalın stimullaşdırılması naminə
 
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, aksiz vergisi o məhsullara tətbiq edilir ki, həmin məhsula daxili tələbatın mühüm hissəsi yerli istehsal hesabına ödənilir. Belə olan halda, daxili tələbatı ödəməyən məhsullara yüksək dərəcəli aksiz vergisinin tətbiqi məqsədəuyğun deyil. Çünki vergi dərəcələrinin yüksək olması ölkəyə gətirilən məhsulların kəskin bahalaşmasına gətirib-çıxarır: 
 
"Bu baxımdan, aksiz vergisi artırılan məhsullarla bağlı qərar verilərkən daxili bazardakı vəziyyəti, bahalaşma amilini nəzərə almaq lazımdır. Ancaq bir halda ki, Azərbaycan hökuməti tütünçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı hazırlayıb və bu sahənin inkişafını prioritet hesab edir, o zaman daxili istehsalın stimullaşdırılması naminə xaricdən idxal olunan məhsullara tətbiq edilən aksiz dərəcələrinin qaldırılması başadüşüləndir”.
08 Noyabr 2019 Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
01 Noyabr 2019 İctimai nəqliyyatda gedişhaqları ARTIRILIR? - BNA AÇIQLADI
24 Oktyabr 2019 Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı - FOTO
23 Oktyabr 2019 Bu şəxslər üçün aylıq vergi azaldılır
19 Oktyabr 2019 Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
27 Sentyabr 2019 Hökumət gələn ilin büdcəsinə “hə” dedi
23 Sentyabr 2019 GMO məhsullarla birgə mübarizə barədə tədbir keçirilib - FOTO
30 Avqust 2019 "Moody's": Azərbaycanda vergi islahatları büdcənin qeyri-neft kəsirini azaltmağa imkan verəcək
28 Avqust 2019 Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları açılır
22 Avqust 2019 Əli Əhmədov: Yayın ortasında iki manata kartof olmaz
16 Avqust 2019 Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələr - SİYAHI
14 Avqust 2019 Azərbaycan nefti kəskin bahalaşıb
05 Avqust 2019 Azərbaycan bütün qızıl ehtiyatlarını satıb? - RƏSMİ AÇIQLAMA
29 İyul 2019 Mərkəzi Bankın valyuta məzənnələri
10 İyul 2019 Qoşqar Təhməzli: "Transyağlarının nehrə yağı adı altında satılması cinayət faktıdır"
09 İyul 2019 “Instagram”da möhtəşəm yeniliklər
08 İyul 2019 Bu istirahət mərkəzləri cəzalandırıldı - SİYAHI
14 İyun 2019 Agentlikdən enerji içkiləri ilə bağlı - YENİ QAYDALAR
11 İyun 2019 İşsiz olanlar üçün vakant yer var - 1872 AZN maaş
10 İyun 2019 Yeni açılan Bakı-Batumi avtobus reysilərinin qiyməti açıqlandı