b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_c3c6111d5eb28459bdeafa3d4674a8e0.jpg

Araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə, avqust və sentyabr ayları üzrə orta hesabla üç dəfə artıb.

Missiya.Az  xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin iclasında məlumat verib.

“Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb”.

Nazir bildirib ki, aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaqmalın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib.

İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur.

Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb.

Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə, cari ilin müvafiq dövründə 75 faiz artıb.

07 Dekabr 2018 Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR
06 Dekabr 2018 Azərbaycan və Türkiyə birgə zavod açacaq - Nazir açıqladı
05 Dekabr 2018 İpoteka kreditlərinin faizi dərəcəsi düşüb - RƏSMİ
04 Dekabr 2018 Bakıda ən az maaşı bu şəxslər alır
03 Dekabr 2018 Gəlir vergisi üzrə 100 faizlik güzəşt - RƏSMİ AÇIQLAMA
01 Dekabr 2018 Banklarda xarici valyuta ilə bağlı limitlər müəyyənləşdi - YENİ QAYDA
30 Noyabr 2018 Vergilər Məcəlləsinə dəyişikliklər edildi - YENİ QAYDALAR
28 Noyabr 2018 Hesabat verməyən QHT-lərdən pul geri alınacaq
28 Noyabr 2018 Portonovi gələn il açılışını edəcək FOTO/VIDEO
27 Noyabr 2018 Azərbaycanda yaşayış minimumu artırıldı
27 Noyabr 2018 Nazir: Dövlət büdcəsi 610 milyon manat artırıldı
26 Noyabr 2018 Geyim və əczaçılıq məhsullarının istehsalı azalıb
24 Noyabr 2018 Avtomobillərin idxal rüsumu artırılır
23 Noyabr 2018 SOCAR İstanbulun yeni hava limanında yanacaqdoldurma stansiyaları açacaq
22 Noyabr 2018 Azərbaycanda yeni bank adı görəcəksiniz
19 Noyabr 2018 Pambığın maya dəyəri açıqlandı: dəyər zənciri necə olacaq?
19 Noyabr 2018 Azərbaycanda minlərlə insana şad xəbər - LƏĞV OLUNUR
19 Noyabr 2018 Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
16 Noyabr 2018 “Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
15 Noyabr 2018 Milli Məclisin büdcəsi məlum oldu - RƏSMİ