b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_1533796643_emek_nazirliyi.jpg
Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək.
 
Bu barədə Missiya.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.
 
Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.
 
Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. 
20 Avqust 2018 Tarif Şurasından Aİ 92 benzinlə bağlı açıqlama - RƏSMİ
19 Avqust 2018 Azərbaycana idxal olunan benzinin qiyməti artdı
18 Avqust 2018 Nazirlik maşınlarını satır
17 Avqust 2018 Azərbaycana 14 milyon dollarlıq avtomobil gətirilib
16 Avqust 2018 Əhalinin gəlirləri artıb - STATİSTİKA
13 Avqust 2018 Qeyri-neft sektoruna investisiya qoyuluşları artıb
13 Avqust 2018 İran Azərbaycan və Ermənistanla danışıqlara başladı
11 Avqust 2018 Maşın almaq istəyənlərə şad xəbər
10 Avqust 2018 Avqustun 13-nə manatın məzənnəsi
10 Avqust 2018 Manatın vəziyyəti ilə bağlı - Mərkəzi Bankdan açıqlama
10 Avqust 2018 Türkiyədə dolların məzənnəsi 6 lirəni də keçdi - REKORD
08 Avqust 2018 SOCAR Türkiyədə yeni yatırım edəcək
08 Avqust 2018 Maşın almaq istəyənlərə şad xəbər: qiymətlər...
07 Avqust 2018 Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən azad edildi - SƏBƏB
03 Avqust 2018 Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət
02 Avqust 2018 Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir
01 Avqust 2018 Elman Rüstəmov ictimai nəqliyyatda qiymət artımından danışdı
01 Avqust 2018 Neftçalada balıq kombinatının əmlakları satışa çıxarıldı
31 İyul 2018 Ölkədə taksi ilə daşınma artıb
30 İyul 2018 “Standard&Poor’s” Azərbaycanın reytinqini təsdiqləyib