b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_galatasaray.jpg

Türkiyə kubokunda "Tuzlaspor"a 3-2 hesabla məğlub olan "Qalatasaray" komandasına intizamsızlığı və oynadığı son oyun baha başa gəldi.

Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, "Qalatasary"da oynayan 8 futbolçu komandadan uzaqlaşdırılıb.  

"Qalatasaray" (Sportif AŞ) idarə heyətinin dünən keçirilən iclasında bəzi qərarlar qəbul edilib. Təxminən 8 saat davam edən iclasda, "Tuzlaspor" qarşılaşmasında qırmızı kart görən Şedju və Yasin Öztekin hər biri 250 min avro cərimə edildilər. Komanda həmçinin, mövsüm sonunda müqaviləsinin vaxtı bitən kamerunlu oyunçu Şedju ilə yolunu ayırmağa qərar verdi.

Növbəti qərar isə "Tuzlaspor" qarşılaşmasının ən pis oyunçularından hesab edilən Hamit Altıntopla əlaqədar oldu. 34 yaşlı futbolçunun müqaviləsinə xitam veriləcək.

Mövsümün əvvəlində transfer edilən, amma zədələnməsi səbəbindən heç bir dəfə də matça çıxmayan islandiyalı forvet Kolbeynn Siqtorssonun müqaviləsinə də xitam verildi. Bundan başqa belçikalı Luis Sava da eyni aqibətə düçar oldu və onun da müqaviləsinə xitam verildi.

İdarə heyəti daha 4 oyunçu ilə yollarını ayırmağa qərar verib. Onlar, Poul Karacan, Endoğan Adili, Umut Gündoğan və Lukas Ontiverodur. 

20 İyul 2017 Azərbaycanlı boksçu ermənini məğlub edib Rusiya kubokuna sahib çıxdı
18 İyul 2017 "Qarabağ" - "Samtredia" oyununda qalib müəyyənləşdi
18 İyul 2017 FİFA-nın vitse-prezidenti həbs olundu - FOTO
14 İyul 2017 "Qalatasaray" Bakıya gələ bilər - RƏQİBLƏRİMİZ
14 İyul 2017 “Qarabağ”ın rəqibi müəyyənləşdi
13 İyul 2017 "Qarabağ"ın rəqibi kim olacaq? - SİYAHI
12 İyul 2017 "Qarabağ" darmadağınla başladı - 5:0
11 İyul 2017 Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır
10 İyul 2017 “Qarabağ”ın oyununa neçə bilet satılıb?
07 İyul 2017 "İnter" və "Zirə" mərhələni belə keçdi - VİDEO
04 İyul 2017 Mübariz Mənsimov dünya ulduzu üçün təyyarə göndərdi - FOTO
03 İyul 2017 Konfederasiyalar Kubokunun qalibi müəyyənləşdi - VİDEO
02 İyul 2017 Polşa yığmasının üzvü "Qarabağ"da - RƏSMİ
01 İyul 2017 Messinin toyunda nələr yaşandı? - FOTO/VİDEO
29 İyun 2017 Toğrul Əsgərov Azərbaycandan imtina etdi - İDDİA
29 İyun 2017 Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır
22 İyun 2017 Kriştiano Ronaldoya Azərbaycan yığmasının forması hədiyyə edildi - FOTO
19 İyun 2017 "Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu - FOTO
18 İyun 2017 Millimizin futbolçuları komanda yoldaşlarını ölümcül döydülər - FOTO/VİDEO
12 İyun 2017 “Qarabağ” dəyişir - Rəsmi müraciət