b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_1482680817422445686_1000x669.jpg

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula-1 Azərbaycan Qran-prisinə altı ayın qalması münasibətilə maraqlı konsert proqramı təşkil edib. Tədbirdə bu mötəbər yarışın rəsmi elçiləri ictimaiyyətə təqdim edilib.

Missiya.Az xəbər verir ki, Azərbaycanın Əməkdar artistləri Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula-1 idmanı üzrə şərhçi Rəhim Əliyev və Formula-3 pilotu, azərbaycanlı Gülhüseyn Abdullayev gələn il Bakıda keçiriləcək sayca ikinci Formula-1 Qran-prisini rəsmi elçi kimi təmsil edəcəklər.

Tünzalə Ağayeva Azərbaycan Qran-prisinin ölkəmizdə tanıdılması işində yaxından iştirak edəcək. Murad Dadaşov BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək, Miri Yusif könüllülərlə birgə çalışaraq, onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına töhfə verəcək. Rəhim Əliyev Formula-1 idmanı sahəsində təcrübəsini və biliyini ölkə ictimaiyyəti ilə bölüşərək, Azərbaycanda yarışa daha böyük maraq oyatmağa çalışacaq. Gülhüseyn Abdullayev isə mübarizə apardığı avtoidman yarışlarında BŞH-ni təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş təbliğində fəal rol oynayacaq.

BŞH-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva bu mötəbər yarışa fəal dəstəyə görə rəsmi elçilərə minnətdarlığını bildirərək deyib: “Bu gün bizim üçün əlamətdar gündür. İyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə altı ay qalır. Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk. Bu elçilərdən dördü ilə ötən ildən etibarən əməkdaşlıq edirik və onlar Bakıda keçirilmiş ilk Formula-1 yarışının təbliğinə böyük töhfə veriblər. Çox məmnunuq ki, onların sıralarına sevilən müğənnilərdən biri olan Miri Yusif də qatılır. İnanırıq ki, bu komandanın dəstəyi ilə Azərbaycanı Formula-1 yarışı vasitəsilə daha geniş təbliğ edəcəyik”.

İdmansevərləri Formula-1 Azərbaycan Qran-prisini izləməyə dəvət edən G.Quliyeva vurğulayıb ki, hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. O, həmvətənlərimizi bu kampaniyadan yararlanmağa və gələn mövsümün ən baxımlı yarışını birgə izləməyə dəvət edib.

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı olan BŞH-nin və “Amapola Exclusive Events”in təşkilatçılığı ilə Fəvvarələr meydanındakı “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında baş tutan konsert proqramında Əməkdar Artist Tünzalə Ağayeva və müğənni Miri Yusif maraqlı ifaları ilə idmansevərləri və paytaxt sakinlərini sevindiriblər.

Formula-1 Azərbaycan Qran-prisinin rəsmi elçiləri çıxışlarında bu mötəbər yarışın Azərbaycanda təşkilinin ölkəmizin dünyada təbliği işinə mühüm töhfə verəcəyini bildiriblər.

AzərTac

20 İyul 2017 Azərbaycanlı boksçu ermənini məğlub edib Rusiya kubokuna sahib çıxdı
18 İyul 2017 "Qarabağ" - "Samtredia" oyununda qalib müəyyənləşdi
18 İyul 2017 FİFA-nın vitse-prezidenti həbs olundu - FOTO
14 İyul 2017 "Qalatasaray" Bakıya gələ bilər - RƏQİBLƏRİMİZ
14 İyul 2017 “Qarabağ”ın rəqibi müəyyənləşdi
13 İyul 2017 "Qarabağ"ın rəqibi kim olacaq? - SİYAHI
12 İyul 2017 "Qarabağ" darmadağınla başladı - 5:0
11 İyul 2017 Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır
10 İyul 2017 “Qarabağ”ın oyununa neçə bilet satılıb?
07 İyul 2017 "İnter" və "Zirə" mərhələni belə keçdi - VİDEO
04 İyul 2017 Mübariz Mənsimov dünya ulduzu üçün təyyarə göndərdi - FOTO
03 İyul 2017 Konfederasiyalar Kubokunun qalibi müəyyənləşdi - VİDEO
02 İyul 2017 Polşa yığmasının üzvü "Qarabağ"da - RƏSMİ
01 İyul 2017 Messinin toyunda nələr yaşandı? - FOTO/VİDEO
29 İyun 2017 Toğrul Əsgərov Azərbaycandan imtina etdi - İDDİA
29 İyun 2017 Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır
22 İyun 2017 Kriştiano Ronaldoya Azərbaycan yığmasının forması hədiyyə edildi - FOTO
19 İyun 2017 "Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu - FOTO
18 İyun 2017 Millimizin futbolçuları komanda yoldaşlarını ölümcül döydülər - FOTO/VİDEO
12 İyun 2017 “Qarabağ” dəyişir - Rəsmi müraciət