b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_efgfhg.jpg
Rəsmi sənədlərdə "Traktorsazi” adlanan Güney Azərbaycanın məşhur futbol komandasının adı dəyişdirilir.
 
Missiya.Az "GünAz TV"yə istinadən xəbər verir ki, "sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Təbriz "Traktorqayırma” zavodunun adı ilə bağlı olan farsca "Traktorsazi” adı "Traktor” və ya azərbaycanlılar arasında deyildiyi kimi, "Traxtur” sözü ilə dəyişdiriləcək.
 
Bundan əvvəl "Traxtur” klubunun sahibi cənab Zenuzi "Səhənd” telekanalına verdiyi müsahibədə ""Traktorsazi”nin adı dəyişdiriləcəkmi?” sualının cavabında buna işarə etmişdir. "Bu komanda onun tərəfdarlarına aiddir. Onlar istəsələr komandanın adını da dəyişmək mümkündür. Biz klubun kimlik və keçmişinə ziyan vurmadan bunu edə bilərik.”- deyə o bildirmişdir.
 
Hələlik komandanın adına "Azərbaycan” sözünün əlavə edilib-edilməyəcəyi məlum deyil. Lakin böyük ehtimalla hökumət buna imkan verməyəcək. Baxmayaraq ki, bu ənənə İranda var, misal üçün Məşhədin futbol komandasının adı Xorasan komandası ilə dəyişdirilib.
 
"Traktor” sözü farsca olmasa da "sazi” şəkilçisi fars dilinə aiddir. Ona görə də hökumətə bağlı qüvvələr komandanın "Traktorsazi” adlandırılmasına çalışır. Lakin bu komanda Güney Azərbaycanın bütün məntəqələrində istisnasız olaraq "Traxtur” adlanır. Təbriz klubun tərəfdarları komandanın "Traxtur” adlandırılmasını uzun zamandır ki, tələb edir.
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”
20 May 2019 Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO
20 May 2019 “Qalatasaray” çempion oldu - Bakı və Gəncədə böyük sevinc yaşandı - VİDEO
16 May 2019 Ronaldo fələstinlilərə Ramazan hədiyyəsi edib
14 May 2019 Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb
13 May 2019 Azərbaycanın altı paracüdoçusu finala çıxdı
06 May 2019 "Barselona" yeni hücumçusunu Premyer Liqada tapdı
15 Aprel 2019 Zidandan Ronaldo açıqlaması
12 Aprel 2019 Azərbaycanlı güləşçi erməniyə rəqib oldu
09 Aprel 2019 "Benfika" Azərbaycan millisinin üzvünü transfer edir
08 Aprel 2019 Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçi belə etiraz etdi
03 Aprel 2019 Milli komandamızın sabiq baş məşqçisi vəfat etdi
27 Mart 2019 Prezidentdən Elnur Məmmədli ilə bağlı SƏRƏNCAM
26 Mart 2019 Nurməhəmmədova məğlub olan Makqreqor karyerasını başa vurdu