b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_islam_abbasov_180517.jpg

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Missiya.Az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.

Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) ilk görüşündə Sebastyan Kolomparı (Serbiya) cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib – 9:0. O, 1/4 finalda Nuqzar Surtsumianı (Gürcüstan) da eyni hesabla yenərək yarımfinala vəsiqə qazanıb.

Taleh Məmmədov (-63 kq) təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub – 8:3. 1/4 finalda Mihay Mihutu (Rumıniya) məğlub edərək yarımfinala adlayıb – 8:7.

İslam Abbasov (-87 kq) startda çətinliklə də olsa, Denis Kudlaya (Almaniya) qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisi David Çakvetadzeni də məyus edərək (2:1) 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi erməni güləşçisi Maksim Manukyan olacaq.

Qeyd edək ki, bu gün qadın güləşçilərimizin də üç medal qazanmaq şansı var. Elis Manolova (-65 kq) qızıl, Tatyana Omelçenko (-62 kq) və Alyona Kolesnik (-57 kq) bürünc medal qazana bilər.

18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”
20 May 2019 Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO
20 May 2019 “Qalatasaray” çempion oldu - Bakı və Gəncədə böyük sevinc yaşandı - VİDEO
16 May 2019 Ronaldo fələstinlilərə Ramazan hədiyyəsi edib
14 May 2019 Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb
13 May 2019 Azərbaycanın altı paracüdoçusu finala çıxdı
06 May 2019 "Barselona" yeni hücumçusunu Premyer Liqada tapdı
16 Aprel 2019 “Traktorsazi”nin adı dəyişdirilir
15 Aprel 2019 Zidandan Ronaldo açıqlaması
09 Aprel 2019 "Benfika" Azərbaycan millisinin üzvünü transfer edir
08 Aprel 2019 Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçi belə etiraz etdi
03 Aprel 2019 Milli komandamızın sabiq baş məşqçisi vəfat etdi
27 Mart 2019 Prezidentdən Elnur Məmmədli ilə bağlı SƏRƏNCAM
26 Mart 2019 Nurməhəmmədova məğlub olan Makqreqor karyerasını başa vurdu
25 Mart 2019 "Real"dan "Barselona"ya ağır zərbə