b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1079161_7.jpg

Super Kateqoriyalı Güləş Hakimimiz Asif Şirəliyev 2019 II Avropa Oyunlarına Dünya Güləş Birliyi tərəfindən rəsmi dəvət alıb.

İkinci dəfə keçiriləcək qitənin ən böyük yarışı 21-30 İyun 2019-cu il tarixlərində Belarusiyanın paytaxtı Minskdə baş tutacaq. Burada 50 ölkədən 4000-dən çox idmançı 15 idman növündə mübarizə aparacaqdır.

Güləş idman növündə Super (I-S) kateqoriyalı hakim Asif Şirəliyev bu günlərdə Dünya Güləş Birliyi tərəfindən yeganə olaraq Azərbaycanımızı II Avropa Oyunlarında ləyaqətlə təmsil etmək üçün rəsmi dəvət alıb. Asif Şirəliyev 2007-ci ildən Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimdir.

2015 və 2016-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman-təqvim ilinin yekununa həsr olunmuş keçirdiyi sorğuya əsasən bu illərin ən yaxşı hakimi nominasiyasının qalibidir.

Qeyd etməliyik ki, Asif Şirəliyev son 7 ildə Dünya Güləş Birliyinin ən titullu yarışlarına dəvət alır və ölkəmizi şərəflə təmsil edir. Təkcə 2018-ci ili misal gətirsək -  Dünya Çempionatı, Avropa Çempionatı, Daxili çempionatlar və s. hakim kimi təmsil edib. O, həmçinin Gürcüstan Çempionatına 2 dəfə Baş Hakim,  Krasnoyarskda 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən sərbəst güləşçilərin U-15 beynəlxalq yarışa DGB nümayəndəsi kimi öz imzasını atıb.

Şirəliyev 2016-cı il Rio Yay Olimpiya Oyunlarına qəbul edilsə də, son bir neçə gün ərzində yarışlara çağrılmadı. 

Amma bu dəfə Dünya Güləş Birliyinin İdarə Heyəti və Birliyin Hakimlər Kollegiyası yeni strategiya və Asif müəllimin göstərdiyi böyük əməyə görə, Şirəliyevə etimad göstərmiş və vətənimizi təmsil etmək üçün ona Minskə bilet sifariş verib. II Avropa Oyunları 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün ən əsas imtahanlardan biridir ki, Şirəliyev bu mərhələni uğurla keçib. Qeyd etmək lazımdır ki, Asif Şirəliyevin sahib olduğu Super (I-S) kateqoriyasında daha 3 hakimimiz var.

Xatırladaq ki, qitənin ən nüfuzlu 2015 I  Avropa Oyunları - 12 iyun - 28 iyun 2015-ci ildə 1-ci dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.  Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Yarışlarda medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutub. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.

day.az

 
17 Yanvar 2019 Məhəmməd Əlinin adı aeroporta veriləcək
04 Yanvar 2019 "Lester" "Qarabağ"ın futbolçusu ilə maraqlanır: 5 milyonluq təklif
03 Yanvar 2019 Ronaldodan yeni rekord
18 Dekabr 2018 "Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi
17 Dekabr 2018 Avroliqa: "Qalatasaray" portuqaliyalılara, "Fənər" ruslara rəqib oldu
14 Dekabr 2018 Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya - VİDEO
10 Dekabr 2018 Ronaldo “Qızıl top”u uduzması barədə: "Dünyanın axırı deyil ki..."
10 Dekabr 2018 Azərbaycanlı mayor rusiyalı rəqibini yenərək kəmər qazandı - FOTO
06 Dekabr 2018 “Arsenal”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
06 Dekabr 2018 İranda terror aktı: ölənlər var - VİDEO
05 Dekabr 2018 Güləş üzrə Azərbaycan çempionatı başlayır - VİDEO
04 Dekabr 2018 “Arsenal”ın əfsanəvi futbolçusu Bakıda
01 Dekabr 2018 Ronaldudan gözlənilməz qərar
29 Noyabr 2018 Millimiz Urmiyada erməniləri məğlub edib
26 Noyabr 2018 Bakıda keçirilən ilk dünya çempionatında Azərbaycan millisi qalib oldu - FOTO
26 Noyabr 2018 Azərbaycan millisinin üzvü “Spartak”a qarşı oynadı
20 Noyabr 2018 İbrahimoviç "Milan"a qayıdır - Agenti ilə danışıqlar başladı
19 Noyabr 2018 Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO
17 Noyabr 2018 Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb
17 Noyabr 2018 Azərbaycan Farer adaları ilə üz-üzə