b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_nur.jpg

UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb. 

Missiya.Az xəbər verir ki, onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb. 

Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib. 

“Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”, - UFC prezidenti deyib. 

Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.

Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə dağıstanlı idmançıya 10-50 milyon dollar qonorara ümid bəsləyir. 

Nurməhəmmədovun növbəti rəqibi hələlik məlum deyil.

18 Dekabr 2018 "Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi
17 Dekabr 2018 Avroliqa: "Qalatasaray" portuqaliyalılara, "Fənər" ruslara rəqib oldu
14 Dekabr 2018 Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya - VİDEO
10 Dekabr 2018 Ronaldo “Qızıl top”u uduzması barədə: "Dünyanın axırı deyil ki..."
10 Dekabr 2018 Azərbaycanlı mayor rusiyalı rəqibini yenərək kəmər qazandı - FOTO
06 Dekabr 2018 “Arsenal”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
06 Dekabr 2018 İranda terror aktı: ölənlər var - VİDEO
05 Dekabr 2018 Güləş üzrə Azərbaycan çempionatı başlayır - VİDEO
04 Dekabr 2018 “Arsenal”ın əfsanəvi futbolçusu Bakıda
01 Dekabr 2018 Ronaldudan gözlənilməz qərar
29 Noyabr 2018 Millimiz Urmiyada erməniləri məğlub edib
26 Noyabr 2018 Bakıda keçirilən ilk dünya çempionatında Azərbaycan millisi qalib oldu - FOTO
26 Noyabr 2018 Azərbaycan millisinin üzvü “Spartak”a qarşı oynadı
20 Noyabr 2018 İbrahimoviç "Milan"a qayıdır - Agenti ilə danışıqlar başladı
19 Noyabr 2018 Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO
17 Noyabr 2018 Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb
17 Noyabr 2018 Azərbaycan Farer adaları ilə üz-üzə
16 Noyabr 2018 Səkkiz yaşlı şahmatçımız dünya çempionatının medalını qazanıb - FOTO
14 Noyabr 2018 İki güləşçimiz bu gün dünya çempionatının finalında yarışacaq
10 Noyabr 2018 Rafael Ağayev dünya üçüncüsü oldu