b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_n3.jpg

Bu gün və sabah Avropanın “Top-5” liqasında bir-birindən maraqlı görüşlər keçiriləcək.

Missiya.Az həmin görüşlərin siyahısını təqdim edir:

İngiltərə Premyer Liqası
3 noyabr
21:30 “Arsenal” – “Liverpul”

Heç şübhəsiz ki, turnirin mərkəzi görüşü Londonun “Emireyts” stadionunda baş tutacaq. 12 oyundur ki, məğlub olmayan “Arsenal” bu mövsüm daxili arenada yenilməz olan “Liverpul”u sınağa çəkəcək. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi öz meydanında “Liverpul”un məğlubiyyətsiz oyunlar seriyasını qırmağa çalışacaq.

İtaliya A Seriyası
3 noyabr
21:00 “Fiorentina” – “Roma”

Florensiyada keçiriləcək bu matçın çox maraqlı keçəcəyi gözlənilir. Düzdür, cari mövsüm “Roma” son illərki komandaya bənzəmir. Amma bu komandanın hər zaman hücum futbolu oynaması ilə göz oxşayır. Üstəlik, hər iki komandanın eyni – 15 xala malik olması görüşə intriqa qatır.

İspaniya La Liqası
3 noyabr
19:15 “Real” – “Valyadolid”

“Barselona”ya “El Klasiko”da 1:5 hesabı ilə darmadağın olduqdan sonra baş məşqçi Xulen Lopeteqi ilə yollarını ayırmış kral klubunda ab-havanın nə dərəcədə düzəldiyini bu matçda görə biləcəyik. Komanda VI pillədəki rəqibi üzərində qələbə qazanmaqla bu komandanı ötə və turnir cədvəlindəki biabırçı durumunu düzəldə bilər.

Almaniya Bundesliqası
3 noyabr
18:30 “Volfsburq” – “Borusiya” (Dortmund)

Turnir cədvəlinin lideri olan Dortmund komandasını çətin səfər görüşü gözləyir. “Volfsburq” turnir cədvəlində X sırada olsa da, hər an kimisə büdrətməyə layiq komandadır.

Fransa Liqa 1-i
5 noyabr
00:00 “Monpelye” – “Marsel”

Təbii ki, turun mərkəzi görüşü dünən keçirildi. Lider PSJ II pillədə olan “Lil”I 2:1 hesabı ilə yendi. Amma “Monpelye” – “Marsel” görüşü də az əhəmiyyət daşımır. III pillədəki “Monpelye” özündən iki sıra aşağıda olan Fransanın köklü klublarından birini evində qəbul edəcək.

20 Noyabr 2018 İbrahimoviç "Milan"a qayıdır - Agenti ilə danışıqlar başladı
19 Noyabr 2018 Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO
17 Noyabr 2018 Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb
17 Noyabr 2018 Azərbaycan Farer adaları ilə üz-üzə
16 Noyabr 2018 Səkkiz yaşlı şahmatçımız dünya çempionatının medalını qazanıb - FOTO
14 Noyabr 2018 İki güləşçimiz bu gün dünya çempionatının finalında yarışacaq
10 Noyabr 2018 Rafael Ağayev dünya üçüncüsü oldu
10 Noyabr 2018 Bəxtiyar Abbasov dünya çempionatında ermənini döşəyə çıxmağa peşman etdi
09 Noyabr 2018 Yol polisimiz ABŞ-da dünya çempionu oldu - VİDEO
09 Noyabr 2018 “Qarabağ” Avroliqada ilk qələbəsini qazandı
06 Noyabr 2018 Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı
05 Noyabr 2018 Həbibə 50 milyon dollar qonorar vəd edildi
02 Noyabr 2018 Karate millimiz dünya çempionatına güclü heyətlə gedəcək - VİDEO
29 Oktyabr 2018 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatı başlandı
26 Oktyabr 2018 Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi
25 Oktyabr 2018 Həbib Nurməhəmmədovla bağlı daha bir ağır qərar
22 Oktyabr 2018 İdmançılarımız Olimpiadadan qayıtdılar - FOTO
17 Oktyabr 2018 UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
16 Oktyabr 2018 Həbib Meyvezerlə döyüşdən imtina etdi
14 Oktyabr 2018 Ermənistan Cəbəllütariqin tarixinə düşdü - VİDEO