b_550_325_16777215_00_images_xeber_sekilleri__30.10.2018_n81.jpg

Karate millimiz sabah İspaniyanın paytaxtı Madriddə keçiriləcək XXIV dünya çempionatına yola düşəcək. 

Missiya.Az xəbər verir ki, iki ildən bir keçirilən dünya çempionatında iyirmi idmançımız iştirak edəcək. On fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. 

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Qeyd edək ki, 6-11 noyabr tarixlərində keçiriləcək dünya çempionatında rekord sayda – 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya dünya çempionatının final və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. Komandamız 13 noyabrda Bakıya dönəcək.

08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”
20 May 2019 Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO