b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_n127.jpg

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları bu gün gecə saatlarında Azərbaycana qayıdıblar.

Missiya.Az xəbər verir ki, olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri və idman ictimaiyyətinin nümayəndələri təntənə və gül-çiçəklə qarşılayıb.

17 idmançı ilə Olimpiadaya yollanmış milli komandamız ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla, altı medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıb. Ağırlıqqaldırma yarışında çıxış edən Tərmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. 

Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüb. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında XXXIV yeri tutub.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_n126.jpg

16 May 2019 Ronaldo fələstinlilərə Ramazan hədiyyəsi edib
14 May 2019 Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb
13 May 2019 Azərbaycanın altı paracüdoçusu finala çıxdı
06 May 2019 "Barselona" yeni hücumçusunu Premyer Liqada tapdı
16 Aprel 2019 “Traktorsazi”nin adı dəyişdirilir
15 Aprel 2019 Zidandan Ronaldo açıqlaması
12 Aprel 2019 Azərbaycanlı güləşçi erməniyə rəqib oldu
09 Aprel 2019 "Benfika" Azərbaycan millisinin üzvünü transfer edir
08 Aprel 2019 Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçi belə etiraz etdi
03 Aprel 2019 Milli komandamızın sabiq baş məşqçisi vəfat etdi
27 Mart 2019 Prezidentdən Elnur Məmmədli ilə bağlı SƏRƏNCAM
26 Mart 2019 Nurməhəmmədova məğlub olan Makqreqor karyerasını başa vurdu
25 Mart 2019 "Real"dan "Barselona"ya ağır zərbə
12 Mart 2019 Konor Makqreqor həbs edildi
09 Mart 2019 “Arsenal” Azərbaycana qarşı təxribata görə cəzalandırıldı - VİDEO
05 Mart 2019 Neymar "Real"a transferinə işarə vurdu
04 Mart 2019 Rövnəq Abdullayev: "Millimiz Millətlər Liqasında uğursuz çıxış etdi"
04 Mart 2019 Azərbaycan atleti Avropa çempionu oldu – VİDEO
21 Fevral 2019 Ronaldulu “Yuventus”u Madriddə məğlub etdilər – VİDEO
16 Fevral 2019 110 min azarkeş izlədi, "Traktorsazi" Tehran klubunu uddu - VİDEO