b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_5nn.jpg

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.

Azərbaycan Cüdo Federasiyasından Missiya.Az-a verilən məlumata görə, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.

İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.

 

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentyabrın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

11 Dekabr 2019 Ançelotti istefaya göndərildi
19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO