b_550_325_16777215_00_images_xeber_sekilleri_16avgust2018_vaqif.jpg

Hazırda ictimaiyyətdə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov haqda fikirlər birmənalı deyil.

Missiya.Az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin komandasının son avrokubok matçlarında səhvə yol verməsinə görə onu tənqid edənlərin sayı kifayət qədər artıb.

Belə ki, çoxları futbolçunu millidə olduğu kimi, “Qarabağ”dan getməyə səsləyir. Qeyd olunur ki, artıq o, müasir futbolun sürətinə çata bilmir.

Bəs onu futbolçu kimi yetişdirmiş məşqçisi Vaqif Paşayev bu iradlarla razılaşırmı? Oxu.Az əməkdar məşqçi, hazırda “Sumqayıt”ın 16 yaşadək komandasının baş məşqçisi işləyən Paşayevlə əlaqə saxlayıb. O, futbolçusuna qarşı iradları qəbul etmədiyini bildirib:

“Dünənki oyuna canlı baxa bilməmişəm. Qol epizoduna bayaq baxmışam. Rəşadın elə ciddi səhv etdiyini deyə bilmərəm. Əvvəlki oyunlarda da Rəşadın səhvinə görə qol vurulduğunu deyənlərlə razılaşmıram. Bu, kollektiv oyunudur.

Rəşadın səhvindən sonra futbolçu qapıçı ilə üzbəüz qalsaydı, bunu səhv adlandırmaq olardı. Amma BATE ilə Bakıdakı ilk görüşdə Bədavi Hüseynovun yerində Rəşad olsaydı, rəqib futbolçu oyundankənar vəziyyətə düşəcəkdi. O epizodda Bədavi kimi geriyə yox, irəliyə getmək lazım idi ki, oyundankənar vəziyyət qeydə alınsın.

Rəşadın səhv ötürməsindən qol epizodunadək bir neçə ötürmə olub. Niyə Rəşad günahlandırılır? Düşünürəm ki, bu, Rəşada qarşı aparılan kampaniyadır. Açığı, mən bu insanları başa düşmürəm. O, əşyalarını yığıb futboldan getdi, onun yerinə kim oynayacaq?! Rəşad azərbaycanlı yox, gürcü olsaydı, ona qarşı belə edilməyəcəkdi.

Bağda ərik var idi, salam-əleyk var idi. Rəşad boş qapıdan topları çıxaranda güclü futbolçu sayılırdı, indi yox?! Rəşad olmasa, “Qarabağ” daha çox top buraxar. Fikir verin, o nə vaxt oynamırsa, müdafiə xətti nə gündə olur. Bizdə yaxşı bir futbolçu var, onu da gözləyirik ki, karyerasını bitirsin.

Mən Rusiya kanallarından “Qarabağ”ın oyunlarına baxıram. “Qarabağ” Çempionlar Liqasının qrupunda oynayanda Rəşada həmişə “Leqenda azerbaydjanskoqo futbola” (Azərbaycan futbolunun əfsanəsi) deyirdilər. Halbuki onlar öz futbolçularından heç kimə belə demirlər. Onlar bizim oyunçunu tərifləyir, biz isə burada onu pisləyirik.

Rəşaddan sonra belə oyunçu Azərbaycana gəlməyəcək. Çünki onun xarakterdə futbolçumuz yoxdur. Bu iyirmi ildə heç kim Rəşad kimi millidə 111 oyun keçirməyəcək. Maksim Medvedev oyundan sonra düz qeyd edib ki, səhv hamımızındır. Mahir Mədətov səhv etdi və sonra qapımıza qol vuruldu. Onda deməliyik ki, Mahirin səhvindən sonra qol buraxdıq? Ondan sonra yarımmüdafiəçi, müdafiəçi və sonda qapıçı var.

Azərbaycanda 600-ə yaxın kateqoriyası olan futbol məşqçisi var. Onun əllisi PRO kateqoriyalı məşqçidir. Rəşad kimisini yetişdirə bilirlərsə, yetişdirsinlər. Mən Rəşadı asfaltın üzərində yetişdirmişəm.

İndiki süni qazon məndə o vaxt olsaydı, Rəşad da, Ceyhun Sultanov da (hazırda “Neftçi”nin baş meneceri işləyir – S.M.) Avropada oynayardı. Sabah Rəşad çıxıb qol vursa, bu cür danışanlar onun üzünə necə baxacaqlar?! Dünya çempionu Rafael Varan da UEFA Superkubokunda səhvə yol verdi. Onun səhvi səbəbindən “Real” qapısından üç top buraxdı”.

 

19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”