b_550_325_16777215_00_images_xeber_sekilleri_03avgust2018_1533531172_avropa-liqasi-640.jpg
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa kuboklarının "play-off” mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Missiya.Az xəbər verir ki, hazırda mübarizəni Çempionlar Liqasında davam etdirən "Qarabağ”ın həm bu yarışda, həm də Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşəcək.
 
III təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq Azərbaycan təmsilçisi püşk zamanı ÇL-də səpələnməmişlər, Avroliqada isə səpələnmişlər sırasında olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
 
Çempionlar Liqası, "play-off” mərhələsi, Çempionlar Yolu
 
Səpələnmişlər
 
"Zaltsburq” (Avstriya) / "Şkendiya” (Makedoniya) cütünün qalibi
 
PSV (Hollandiya)
 
"Seltik” (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
 
"Astana” (Qazaxıstan) / "Dinamo” (Zaqreb, Xorvatiya)
 
Səpələnməmişlər
 
"Qarabağ” (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi
 
"Yanq Boyz” (İsveçrə)
 
"Malmö” (İsveç) / "Videoton” (Macarıstan) cütünün qalibi
 
"Srvena Zvezda” (Serbiya) / "Spartak” (Trnava, Slovakiya) cütünün qalibi
 
Avroliqa Yolu
 
Səpələnmişlər
 
"Benfika” (Portuqaliya) / "Fənərbağça” (Türkiyə) cütünün qalibi
 
"Slaviya” (Praqa, Çexiya) / "Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi
 
Səpələnməmişlər
 
"Standard” (Belçika) / "Ayaks” (Hollandiya) cütünün qalibi
 
PAOK (Yunanıstan) / "Spartak” (Moskva, Rusiya) cütünün qalibi
 
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları püşkatma zamanı ayrı-ayrı cütlüklərə bölünəcəklər. Bu səbəbdən, "Benfika” (Portuqaliya) / "Fənərbağça” (Türkiyə) cütünün qalibi PAOK (Yunanıstan) / "Spartak” (Moskva, Rusiya) cütünün qalibi ilə, "Slaviya” (Praqa, Çexiya) / "Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə "Standard” (Belçika) / "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Püşk nəticəsində isə bu cütlərin qaliblərindən hansının "play-off”da ilk oyunu evdə keçirəcəkləri müəyyənləşəcək.
 
Görüşlər 21-22 avqustda və 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off”unun 6 qalibi qrup mərhələsinə yüksələcək.
 
"Qarabağ” / BATE cütlüyündən məğlub ayrılacaq komanda mübarizəni Avropa Liqasının "play-off” mərhələsində davam etdirəcək. Avroliqanın Çempionlar Yolunda səpələnmişlər səbətində yer alacaq həmin klub 4 potensial cütlükdən biri ilə üz-üzə gələcək:
 
Səpələnmişlər
 
"Malmö” (İsveç) / "Videoton” (Macarıstan) cütünün məğlubu
 
"Seltik” (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu
 
"Qarabağ” (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu
 
"Ludoqorets” (Bolqarıstan) / "Zrinski” (Bosniya və Herseqovina) cütünün məğlubu
 
Səpələnməmişlər
 
"Şerif” (Moldova) / "Valür” (İslandiya) cütünün məğlubu
 
"Spartak” (Yurmala, Latviya) / "Suduva” (Litva) cütünün məğlubu
 
TNS (Uels) / Mityulland” (Danimarka) cütünün məğlubu
 
"Torpedo” (Kutaisi, Gürcüstan) / "Kukesi” (Albaniya) cütünün məğlubu
 
Oyunlar avqustun 23-də və avqustun 30-da keçiriləcək. Avroliqanın "play-off” mərhələsinin qalibləri qrup mərhələsinə yüksələcəklər. Məğlublar isə mübarizəni dayandıracaqlar.
20 Avqust 2018 Azərbaycanlı hakim Ermənistan millisinin iki oyununu idarə edəcək
20 Avqust 2018 Cüdoçumuz Avropada birinci oldu
17 Avqust 2018 “Qarabağ”-“Şerif” matçının başlama vaxtı bəlli oldu
16 Avqust 2018 Millimizdən tarixi qələbə - FOTO
15 Avqust 2018 “Qarabağ” ÇL-də mübarizəni dayandırdı - VİDEO
15 Avqust 2018 Qurban Qurbanov: Artıq Avroliqa barədə düşünməliyik
14 Avqust 2018 “Liverpul” Salahı polisə təslim etdi
14 Avqust 2018 Məmmədyarov daha bir turniri qazandı
13 Avqust 2018 Ronaldo “Yuventus”un heyətində birinci qolunu atdı - VİDEO
13 Avqust 2018 Millimiz debütdə şübhəli penalti ilə uduzdu - FOTO
13 Avqust 2018 Atletika üzrə Avropa çempionatında Azərbaycan gümüş medal qazandı
08 Avqust 2018 Zabit Səmədov iki metr boya malik idmançı ilə döyüşəcək
07 Avqust 2018 Rəşad Sadıqov illər öncə Yuqoslaviya bayrağı daşıyarkən - VİDEO
02 Avqust 2018 Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu - VİDEO
02 Avqust 2018 Güləşçimiz Avropa çempionu oldu
28 İyul 2018 UEFA Azərbaycan Futzal Federasiyasının prezidentini cəzalandırıb - VİDEO
27 İyul 2018 Maradona özünə toy edir
27 İyul 2018 Azərbaycan çempionu dopinqin qurbanı oldu
27 İyul 2018 Ronaldo həbsdən belə qurtuldu
26 İyul 2018 Maradona məşhur futbolçunun arvadı ilə oteldə yaxalandı