b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dadasadsdas.jpg

"Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir".

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəsinə dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir: “Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir”.



23 Yanvar 2021 Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi - FOTO
23 Yanvar 2021 İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
23 Yanvar 2021 SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI
23 Yanvar 2021 Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23 Yanvar 2021 Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
23 Yanvar 2021 Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır
23 Yanvar 2021 Pandemiya varlı ilə kasıbı bərabərləşdirdi
23 Yanvar 2021 Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu - FOTO
23 Yanvar 2021 Səfirlik "Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 ili" adlı müsabiqə elan edir
23 Yanvar 2021 Emin Əmrullayev : “Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib”
23 Yanvar 2021 Rusiyada sakinlər 51 dərəcə şaxtada mitinqə çıxıblar
23 Yanvar 2021 Vilayət Eyvazov daha bir rəisi sərəncama göndərdi
23 Yanvar 2021 Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
23 Yanvar 2021 Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 2021 Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurulacaq
23 Yanvar 2021 Vüqar Səfərli apellyasiya şikayəti verib
23 Yanvar 2021 ABŞ-da müalicə olunan Azad Rəhimov başqa xəstəxanaya köçürülüb
23 Yanvar 2021 TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi
23 Yanvar 2021 Paytaxta təmizliklə bağlı iməcilik keçirildi
23 Yanvar 2021 DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ