b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_nurayin-atasi.jpg

“Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

Missiya.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov deyib. O bildirib ki, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb: “Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

Ə. Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib: “Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

Ə. Bayramov qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub: “Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

Qeyd edək ki, Ə. Bayramov Baklıdakı 5 saylı kliniki doğum evinin anestezioloqudur.

Xatırladaq ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsini əks etdirən video yayılıb.

26 İyul 2017 Məşhur bankın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib
25 İyul 2017 Xaçmaz çimərliyində sakinlərdən pul yığıldığı üçün dava düşüb - VİDEO
25 İyul 2017 Bu gün ermənilərin vurduğu əsgərimizin kimliyi məlum oldu - FOTO
25 İyul 2017 Ermənilər mövqelərimizə yandırıcı-partlayıcı qurğu atdılar - Əsgərimiz yaralandı
25 İyul 2017 AMEA-dakı ev qalmaqalı bitmir - FOTO
25 İyul 2017 DTX əməliyyat keçirdi - Cinayətkarlar ələ keçdi - FOTO
24 İyul 2017 Mənsimov azərbaycanlılara satdığı obyektini geri alır - FOTO
24 İyul 2017 Əli Həsənov: “Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...” - VİDEO
23 İyul 2017 Türkiyədə iş adamına basqın: 4 Azərbaycan vətəndaşı yaxalandı
22 İyul 2017 Putinə ən pis təsir edən hadisə nə olub? - Özü açıqladı
22 İyul 2017 Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur
21 İyul 2017 Vüqar Səfərli: “Yeni mənzillərin açarları dekabrda veriləcək”
20 İyul 2017 Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoydu
19 İyul 2017 Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrılıb
19 İyul 2017 Yeni binada 19 jurnalist cütlüyə ev verilib
19 İyul 2017 Prezidentin vəzifəsindən azad etdiyi generaldan XƏBƏRDARLIQ
18 İyul 2017 Azərbaycanda yeni televiziya kanalı açıla bilər
18 İyul 2017 FHN-dən ləğv olunması ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
18 İyul 2017 Sabah mənzil alan jurnalistlərin adları açıqlanacaq
17 İyul 2017 Nizami rayon İH-də 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib - FOTO