b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_a9b961.jpg

Bakıda 18 yaşlı tələbənin polis tərəfindən döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Missiya.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bayram günlərində bəzi saytlarda Bakının Sabunçu rayonu ərazisində 18 yaşlı lisey tələbəsi Mirbala Qasımzadənin guya polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılıb:

“18 yaşlı Mirbala Qasımzadənin polis əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu, bayram günlərində gücləndirilmiş iş rejimində çalışan polisin işgüzar nüfuzuna kölgə salmağa yönələn məlumatdır. Belə ki, yanvarın 1-də saat 00:30 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində yerləşən yerüstü keçidin yanında bir neçə şəxsin mübahisə etməsi və səs-küy salması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları həmin ünvanda dava-dalaş edən şəxsi və zərərçəkmişi 12-ci Polis Bölməsinə gətiriblər. Bu haqda müvafiq raportlar yazılıb və iş materiallarına əlavə edilib”.

Qeyd olunub ki, zərərçəkmiş, 1986-cı il təvəllüdlü Paşayev İlham Əli oğlunun da ərizə və izahatı alınıb, xəsarət alıb-almadığını müəyyən etmək üçün barəsində Məhkəmə Tibbi Ekspertizası təyin edilib. Zərərçəkmişlə dalaşan, 1998-ci il təvəllüdlü Qasımzadə Mirbala Vüqar oğlunun sərxoşluq dərəcəsinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunub. Mirbala Qasımzadə 12-ci Polis Bölməsinə gətirilərkən üst-başının palçıqlı, üz nahiyəsində xırda sıyrıqlar olduğu üçün məsul növbətçi tərəfindən müvafiq akt tərtib edilib. Bundan əlavə, hadisə yerində olan müşahidə kamerasının görüntüləri iş materiallarına əlavə edilib”.

APA

22 İyul 2017 Putinə ən pis təsir edən hadisə nə olub? - Özü açıqladı
22 İyul 2017 Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur
21 İyul 2017 Vüqar Səfərli: “Yeni mənzillərin açarları dekabrda veriləcək”
20 İyul 2017 Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoydu
19 İyul 2017 Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrılıb
19 İyul 2017 Yeni binada 19 jurnalist cütlüyə ev verilib
19 İyul 2017 Prezidentin vəzifəsindən azad etdiyi generaldan XƏBƏRDARLIQ
18 İyul 2017 Azərbaycanda yeni televiziya kanalı açıla bilər
18 İyul 2017 FHN-dən ləğv olunması ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
18 İyul 2017 Sabah mənzil alan jurnalistlərin adları açıqlanacaq
17 İyul 2017 Nizami rayon İH-də 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib - FOTO
17 İyul 2017 Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər - FOTO
17 İyul 2017 Ərəblərin Azərbaycana yaratdığı böyük təhlükə
16 İyul 2017 Tarif Şurasından dizelin qiyməti ilə bağlı - AÇIQLAMA
15 İyul 2017 90 qəpiyin yaratdığı mənzərə - Benzinin qiyməti niyə bahalaşdı?
15 İyul 2017 Rusiya Qafqaza təzyiqlərini niyə artırıb?
15 İyul 2017 Azərbaycanda nə qədər benzin istehsal olunur?
15 İyul 2017 Kəmaləddin Heydərov üçün ÖZƏL gündür - FOTO
14 İyul 2017 “Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq” - Vüqar Səfərli
14 İyul 2017 PKK-lı terrorçu erməni olduğunu belə etiraf etdi - VİDEO