b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ferut.jpg

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmə əsasən, alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. 

Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib.

Belə ki, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib. Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1 914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub.

Həmçinin, dəyəri 2 min manatdan yuxarı olan 1 382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə 1 171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub.

Belə malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib. 

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib. 

Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.

Məlumat üçün bildirilməlidir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.

Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir.

Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər.


01 Oktyabr 2020 Düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri - YENİ VİDEO
30 Sentyabr 2020 Düşmənə məxsus səkkiz “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edilib - VİDEO
30 Sentyabr 2020 Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO
30 Sentyabr 2020 Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi
30 Sentyabr 2020 Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var
29 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədən görüntülər yaydı - VİDEO
29 Sentyabr 2020 İlham Əliyev: Bu dəfə biz onlara növbəti dərs verəcəyik
28 Sentyabr 2020 SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıldı
28 Sentyabr 2020 “Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - RƏSMİ
27 Sentyabr 2020 Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi
27 Sentyabr 2020 BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27 Sentyabr 2020 İDDİA: Putin Paşinyanın tələbini rədd etdi
27 Sentyabr 2020 Azərbaycan PUA-sı Ermənistana məxsus S-300 sistemini məhv edib
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 Ordumuz bu əraziləri düşməndən azad etdi - SON DƏQİQƏ
27 Sentyabr 2020 Yaralıların sayı və adları AÇIQLANDI - RƏSMİ
25 Sentyabr 2020 Azərbaycanda daha 101 yeni yoluxma faktı qeydə alınıb
25 Sentyabr 2020 Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib
25 Sentyabr 2020 İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”
25 Sentyabr 2020 Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib