b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_koronav.jpg
Qlobal xarakter daşıyan koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər. Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub. Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirib.


Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı yaydığı məlumatda deyilir.

Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-dək Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub.

COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.
Bütün bu tədbirlərə baxmayaraq, hal-hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb.

Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.   

Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən, özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.

Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.

Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır. 
Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.

COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.


07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir
06 Avqust 2020 Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO
06 Avqust 2020 Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
06 Avqust 2020 Türkiyədə dollar kəskin bahalaşdı
06 Avqust 2020 Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir
06 Avqust 2020 Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
06 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər-RƏSMİ
06 Avqust 2020 Beyrutdakı partlayış ölkəyə milyardlarla dollar ziyan vurub
05 Avqust 2020 Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO
05 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05 Avqust 2020 FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
05 Avqust 2020 Beyrutdakı partlayış zamanı ayin icra edən kahin belə qaçdı - VİDEO