b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddffddfsddererereerrrt.JPG

"Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq". 

Missiya.Az xəbər verir ki, bunu Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəy rayonunda keçirilən “Milli Yaylaq Festivalı”nda çıxışı zamanı deyib. 

Festival iştirakçılarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan B.Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib.

O, əlavə edib ki, Azərbaycan xüsusi ilə idman, mədəniyyət və digər sahələrdə çox vacib tədbirlərə ev sahibliyi edib: "Xeyli vaxtdır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir. Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəsilə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq". 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sfdgfhfhggh.JPGb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_svfgfhgghhjghghgghvdfd.JPGb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_bfghhjjhhggf.JPG

 

15 Noyabr 2019 Yeni icra başçısından evsiz vətəndaşa böyük hədiyyə
14 Noyabr 2019 DSMF-nin iki rayon şöbəsinin müdirinə cinayət işi açılıb - Prezidentin siyasətinə kölgə salanlar cəzalandırılır
14 Noyabr 2019 Tünzalə Ağayeva 2 milyon insanı təhqir etdi: "Zir-zibil istəmirəm"
12 Noyabr 2019 Prezidentin təyin etdiyi icra başçıları kimdir? - DOSYE
12 Noyabr 2019 Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ
12 Noyabr 2019 İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
11 Noyabr 2019 Bıçaqlanan Xosenin vəziyyəti necədir?
08 Noyabr 2019 Yol polisindən piyadalara müraciət: Cinayət məsuliyyətinə cəlb olunacaqlar
07 Noyabr 2019 Prezident xalq şairinə ev verdi
07 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO
07 Noyabr 2019 “Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü
06 Noyabr 2019 Oqtay Gülalıyev Türkiyəyə yola salınıb
06 Noyabr 2019 Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdi
06 Noyabr 2019 "Misir müəllim, pulunuzu hansı bankda saxlayırsız?"
06 Noyabr 2019 Azərbaycanda dəhşətli hadisədə ölən 25 yaşlı İLKİNİN FOTOLARI
05 Noyabr 2019 Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb
05 Noyabr 2019 Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR - VİDEO
04 Noyabr 2019 Rövnəq Abdullayev gənclərə vəzifə verdi - FOTO
04 Noyabr 2019 Prezidentin fərmanı icra olunur: Daha bir Nazirlikdə dəyişiklik
04 Noyabr 2019 Bakı metrosunda problem: qatarlar gecikdi