b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1564139478_leyla-eliyeva.jpg
İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.

Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:

-Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.

Aparıcı: Zəhmət olmasa deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?

Leyla Əliyeva: Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.

Qırmızı xalıdan Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları keçiblər.

Emin Ağalarov “Jara” festivalının hazırlıq işlərinə həmişəki kimi bir il vaxt sərf olunduğunu bildirib. O qeyd edib ki, builki festival çərçivəsində də maraqlı ifalar, duetlər olacaq. Ümumilikdə festivalda dörd gün ərzində 250-dək ifaçı çıxış edəcək. Festivalın bu il də əla keçməsi üçün əlimizdən gələni etmişik.

“Jara-2019”un qırmızı xalı üzərindən keçən digər iştirakçıları da festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar festivalı bütün il ərzində səbirsizliklə gözlədiklərini söyləyib, Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacaqlarını bildiriblər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 
16 Avqust 2019 Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi
15 Avqust 2019 Dövlət Yol Polisi ləğv edilir? - Vaqif Əsədov açıqlama verdi
15 Avqust 2019 Bakıda söküləcək binaların siyahısı açıqlandı
14 Avqust 2019 Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş
14 Avqust 2019 Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
12 Avqust 2019 Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
09 Avqust 2019 Qurban bayramında dörd gün dincələcəyik
09 Avqust 2019 Badamdar və Əhmədlidə subasma - VİDEO
08 Avqust 2019 Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avqust 2019 Azərbaycanda 37 yaşlı məmur qəfildən öldü
07 Avqust 2019 Bayram namazının vaxtı açıqlandı
06 Avqust 2019 Vilayət Eyvazov polis rəisini işdən çıxardı
05 Avqust 2019 Azərbaycanlı zəvvar Həcc ziyarətində gecə namazından sonra ölüb
03 Avqust 2019 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün yola düşür
31 İyul 2019 Dubay şeyxinin arvadı qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi
29 İyul 2019 Vilayət Eyvazov yeni polis rəisi təyin etdi
29 İyul 2019 Mədət Quliyev kadr dəyişikliyi etdi
29 İyul 2019 Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar - VİDEO
28 İyul 2019 Ermənilər bu gecə də dinc dayanmadı - Cəbhədən xəbər
28 İyul 2019 Leyla Əliyevadan daha bir nümunəvi addım – FOTO