b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddddddddddddddddddddddddddsw.jpg

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Missiya.Az xəbər verir ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən anlayış yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev hərbi paradlarda çıxış edib.

19 Oktyabr 2019 Etibar Məmmədovun partiyası Milli Şuranın mitinqini pislədi: - "AMİP dəstək vermir"
19 Oktyabr 2019 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə müraciət etdi
18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü
12 Oktyabr 2019 "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatıb
11 Oktyabr 2019 DTX-dan əməliyyat: Terrorçular ifşa olundu - VİDEO
11 Oktyabr 2019 Türkiyə əsgərlərinə xain hücum - 5 əsgər yaralandı - VİDEO
11 Oktyabr 2019 “Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - Polisdən əməliyyat - VİDEO
10 Oktyabr 2019 Gürcüstan və Azərbaycan razılaşdı - Bu tarixdən "Keşikçi dağ" açılır
09 Oktyabr 2019 Azərbaycan alman jurnalisti bağışladı